ABŞ səfirliyi Azərbaycanın bölgələrində qadınların iş imkanlarını genişləndirmək məqsədi ilə yeni təlimlərə başlayıb.
Hazırdav Neftçala rayonunda 40 gənc qadın bu təlimlərə qatılıb.
“İnsan kapitalı önəmli faktordur. Kişilərin və qadınların birgə şəkildə güclü iqtisadiyyat və daha yaxşı cəmiyyət qurmaqda bərabərliyi də eyni dərəcədə əhəmiyyətlidir. Biz bölgələrdə yaşayan qadınların məhdud imkanlarını nəzərə almaqla onların yeni bacarıqlara yiyələnərək iş imkalarını genişləndirmələri üçün təlimlərə başladıq. Hal-hazırda Neftçala rayonunda 40 gənc qadın marketinq, bərbərlik və çörəkçilik sahələrində təlimlərdə iştirak edir. Onlar bütün lazımi avandanlıqla təchiz olunmuş siniflərdə təlim keçirlər və biz inanırıq ki, bu təlimlər onlara gələcək iş həyatlarını qurmaqda köməklik göstərəcək”, ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsindıə bildirir.