Accessibility links

ABŞ Səfirliyi “Qarabağ məktəbləri üçün ingilis dili” proqramı təşkil edib


ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanın İngilis Dili müəllimləri üçün təşkil edilən SpeakGlocal təlim proqramının başlandığını bildirir.

“Qarabağ məktəbləri üçün ingilis dili” layihəsi keçmiş məcburi köçkün məktəblərindən olan 50 müəllimə dünyanın ən geniş danışılan dilinin tədrisi üçün ən yeni alət və texnikaları təqdim edərək, Qarabağ gənclərinin yeni bacaraqları və həyatlarını zənginləşdirməyə kömək edəcək. Biz bu proqrama maliyyə dəstəyi göstərdiyimizə görə və Təhsil Nazirliyi, Dağlıq Qarabağın Azərbaycanlı İcması və Təhsil İnstitutu ilə birlikdə çalışdığımız üçün qürür duyuruq,” ABŞ Səfirliyi Facebook səhifəsində bildirir.

Layihə dörd ay davam edərək iştirakçı müəllimlər xarici peşəkarların dəstəyi ilə online dərslərin daha effektiv tədrisi üçün müxtəlif rəqəmsal vasitələrlə şagirdlərin həvəsləndirilməsi, yaradıcılıq, təxəyyülün inkişafı, komanda işi kimi bacarıqların inkişafı kimi vərdişləri inkişaf edəcəklər.

Zoom platforması üzərindən keçiriləcək görüş WoWoman Azərbaycan Facebook səhifəsində canlı yayımlanacaq.

Speak Glocal platforması artıq Azərbaycanda 6 ildir ki, fəaliyyət göstərən və 10.000 artıq qadın üçün 500-dən çox təlim, 40 kurs və layihə keçirən "WoWoman" komandası tərəfindən yaradılıb.

XS
SM
MD
LG