Accessibility links

ABŞ Səfirliyi Qrin Kart Viza Lotereyası ilə bağlı xəbərdarlıq yayıb


ABŞ-ın Azərbaycandakı Səfirlıiyi 2020-ci ilin Qrin Kart Viza lotereyasındakı saxtakarlıqla bağlı xəbərdarlıq yayıb.

Belə ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi Viza Lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edir.

“Bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər. Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart Lotereyasına daxil etmək məqsədi ilə sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir,” xəbərdarlıqda deyilir.

Səfirlik bildirir ki, yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: http://www.dvlottery.state.gov.

“Əgər siz bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunuzu hesab edirsinizsə və yaxud fırıldaq məqsədilə sizə müraciət olunubsa, xahiş edirik bu haqda bizə Facebook səhifəmiz vasitəsilə və yaxud Consularbaku@state.gov elektron poçt ünvanına müraciət etməklə məlumat verəsiniz,” ABŞ Səfirliyi əhalidən xahiş edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG