Accessibility links

ABŞ Səfirliyi Qrin Kart Viza Proqramı ilə bağlı xəbərdarlıq yayıb


ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ilin Qrin Kart Viza Proqramı ilə bağlı saxtakarlıqlar barədə xəbərdarlıq yayıb.

“ABŞ-ın Azərbaycandakı Səfirliyi Qrin Kart Viza proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edir. Bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər. Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart proqramınına daxil etmək məqsədi ilə sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir,” səfirliyin məlumatında deyilir.

ABŞ Səfriliyi bildirir ki, ərizəni yalnız Dövlət Departamentinin rəsmi saytı vasitəsilə heç kimə ödəniş etmədən göndərmək olar:

http://www.dvlottery.state.gov.

XS
SM
MD
LG