Accessibility links

ABŞ Səfirliyi turist vizalarından imtina ilə bağlı xəbərlərə aydınlıq gətirib


ABŞ-ın Azərbaycandakı Səfirliyi bu yaxınlarda turist vizalarından imtina edilməsi və verilən sənədlərə konsulluq əməkdaşları tərəfindən düzgün baxılmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Səfirliyin məlumatında deyilir ki, onlar Azərbaycanda fəaliyyət göstərən və viza məsələlərində ödənişli şəkildə kömək təklif edən müəyyən səyahət agentlikləri və viza konsaltinq şirkətləri haqqında xəbərdardırlar.

Məlumatda bildirilib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsi ABŞ-a qeyri-immiqrant viza üçün müraciət edən Azərbaycan vətəndaşlarının əksəriyyətinə viza verir:

"Əslində, 2018-ci ildə verilən qeyri-mühacır vizaların sayı səkkiz mindən çox idi" , məlumatda deyilir.

Səfirlik Konsulluq əməkdaşları ərizəçinin sənədlərinə düzgün baxmamağı və müracət edən insanlara müsahibə üçün çox az vaxt ayırdıqları səbəbindən imtina cavabı verilməsinə də açıqlama verib.

Məlumatda qeyd edilir ki, müsahibə zamanı Konsulluq işçilərinə təqdim edilən məlumatlar əslində sənədlərin nəzərdən keçirilməsi prosesi və müsahibə üçün sərf edilən vaxtdan daha çox əhəmiyyət daşıyır.

"Konsulluq şöbəsi əvvəlcədən təqdim olunan ərizə formasını və müsahibə zamanı aldıqları cavabları gətirilmiş sənədlərdən daha üstün hesab edir. Ümumiyyətlə, uzun müsahibələr yalnız ehtiyac duyulduğu hallarda aparılır" , səfirlik qeyd edir.

XS
SM
MD
LG