Accessibility links

ABŞ Səfirliyi və ADA Universiteti gənc tədqiqatçılar üçün proqrama start verib


ABŞ-ın Azərbaycandakı Səfirliyi və ADA Universiteti 60 nəfər gənc tədqiqatçı və doktorantura pilləsində təhsil alan şəxsin iştirak edəcəyi iki ay yarımlıq "Tədqiqat potensialının artırılması proqramı"na start verib.

Bu barədə ABŞ Səfirliyi Facebook səhifəsində məlumat yayıb.

“ABŞ Səfirliyi və ADA Universitetinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn bu proqramın 3-cü dəfə həyata keçirilməsi ilə qürur duyuruq. Proqram artıq 100-dən çox tədqiqatçının akademik yazı və tədqiqat bacarıqlarının inkişaf etdirilməsində köməklik göstərib,” məlumatda deyilir.

Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılıb. Azərbaycan prezidentinin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb.

Universitet diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi ixtisasları üzrə kadrlar hazırlayır.

XS
SM
MD
LG