Accessibility links

ABŞ Səfirliyi və Bakı Amerika Mərkəzi “İngilis dili həftəsi”nə başlayıb


ABŞ Səfirliyi və Bakı Amerika Mərkəzi “İngilis Dili Həftəsi”nə Başlayıb
ABŞ Səfirliyi və Bakı Amerika Mərkəzi “İngilis Dili Həftəsi”nə Başlayıb

ABŞ-ın Azərbaycandakı Səfirliyi və Bakı Amerika Mərkəzi “İngilis dili həftəsi”nin rəsmi açılışını elan edib.

Səfirliyin məlumatına görə, sentyabrın 9-daan 13-dək Azəbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimi Amerika Mərkəzində bir araya gələrək praktiki ünsiyyət təcrübəsini vurğulamaq üçün bir sıra tədbirlərdə iştirak edəcək.

“İngilis Dili Həftəsi”ndə müəllimlər video mühazirələrin tədris proqramlarında səmərəli istifadə olunması, sosial medianın siniflərə mənalı şəkildə inteqrasiya olunması və şagirdləri müasir dərslərə cəlb etmək üçün digər üsulları öyrənəcək.

XS
SM
MD
LG