COVID-19 pandemiyası ilə əlaqadar olaraq ABŞ-ın Bakıdakı səfirliyi qeyri mühacir viza əməliyyatlarını hələ adi qaydada yerinə yetirə bilmir. Bununla yanaşı, hazırda ABŞ Səfirliyi yerli şərtlər, resurslar və təhlükəsizlik məsələləri diqqətə alınmaqla missiya üçün vacib olan viza kateqoriyalarına aid məhdud sayda olan görüş vaxtı təklif edir.
Bu barədə ABŞ-ın Azərbycandakı Səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sözügedən viza kateqoriyalarına müraciət ərizəsinə əsaslanan iş vizaları (H1B və L), heyət vizaları (C1/D), tələbə vizaları (F və M) və mübadilə proqram iştirakçiları üçün verilən (J) vizaları aiddir. Həmçinin, müsahibədən azad olunan ərizəçilərdən, onların son 36 ay ərzində qüvvədən düşən biznes və turizm üçün verilən (B1/B2) vizası olduqda, yeni ərizələri qəbul edilr.
“Nəzərinizə çatdırırıq ki, müsahibədən azad olma prosesi yalnız Azərbaycan vətəndaşlarına və Azərbaycanda yaşayış icazəsi olan şəxslərə şamil olunur. Ən son viza müraciətləri imtina ilə nəticələnən ərizəçilər, müsahibədən azad olma prosesindən faydalana bilməzlər.
Məlumatda deyilir ki, iş həcmindən asılı olaraq görüş üçün yerlər müvafiq qaydada açılacaq.
“Vizaların hazır olma müddəti müxtəlif ola bilər, lakin bir çox hallarda viza prosesi sizin müsahibənizdən sonra bir neçə iş günü ərzində tamamlana bilər,” ABŞ Səfirliyi bildirir.
Xatırladaq ki, son illər COVİD-19 pandemiyası ilə əlaqədar ABŞ-ın Azərbaycandakı Səfirliyi vizaların verilməsini tam və ya qismən məhdudlaşdırıb. Hazırda Azərbaycanın quru və su sərhədlərindən insanların girişi və çıxışına tətbiq olunan qadağa davam edir. Hava sərhəddi ilə ölkədən çıxış və ölkəyə giriş zamanı son 72 saat ərzində COVİD-19 testindən keçmək tələb olunur.