Accessibility links

ABŞ səfirliyi xəbərdarlıq yayıb


ABŞ-ın Kolombodakı səfirliyi Şri Lankada qarşıdan gələn həftə sonu dini ibadət məkanlarından uzaq durulması barədə xəbərdarlıq yayıb. Səfirlik əlavə hücumlar həyata keçirilə biləcəyini deyib.

"Sayıq olmaqla yanaşı, böyük kütlələrə qoşulmayın" - deyə, səfirliyin Twitter hesabında bildirilir.

İslam Dövləti qrupu çərşənbə axşamı heç bir dəlil göstərmədən Pasxa bayramı günü Şri Lankada 300-dən çox insanın ölümünə və yüzlərlə digərinin yaralanmasına səbəb olan silsilə partlayışlara görə məsuliyyət daşıdığını bildirib.

Bu iddia militant qrupun Amag xəbər agentliyi vasitəsilə edilib..

Şri Lankanın müdafiə naziri çərşənbə axşamı parlamentə bildirib ki, hücumu törədənlər bunu ötən ay Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məsciddəki hücuma cavab olaraq edib.

Ruvan Uijeuardene ilkin araşdırmalar zamanı bu nəticənin necə əldə edildiyi barədə təfsilata varmayıb.

Polis sözçüsü çərşənbə axşamı hücumla əlaqədar 40 nəfərin həbs edildiyini bildirib. Sözçü ölənlərin sayının 310 nəfərə çatdığını bildirib.

Baş nazirin ölkə rəsmilərinin xarici kəşfiyyat agentliyindən hücumlar barədə xəbərdarlıq aldığını təsdiq etməsinə baxmayaraq, hökumət qrupun xarici terror təşkilatı ilə əlaqəsi olub-olmadığını araşdırır.

Kilsələr və otellərin hədəf alındığı diqqətlə planlaşdırılmış səkkis partlayış ölkədə on ildir davam edən sabitliyi pozub.

XS
SM
MD
LG