Accessibility links

ABŞ Səfirliyi Yay İş və Səyahət Proqramını elan edib


ABŞ-ın Bakıdakı Səfirliyi imkansız və aztəminatlı ailələrdən olan gənclər üçün “Bridge USA” Yay İş və Səyahət Proqramında iştirak etmək üçün Səfirlərin Fondundan təqaüdlərin verilməsini elan edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.

“Əgər siz Amerikada işləyərək digər beynəlxalq tələbələrlə tanış olmaq, ingilis dili biliklərinizi təkmilləşdirmək və pul qazanmaqda maraqlı olan bir universitet tələbəsisinizsə, müraciət etmək üçün bu fürsəti qaçırmayın,” məlumatda deyilir.

Səfirlərin Yay İş Səyahətləri Fondunun (SWT) təqaüdü ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir, məqsədi Birləşmiş Ştatlar və digər ölkələrdən olan gənclər arasında qarşılıqlı anlaşmanı artırmaq və ictimai diplomatiya səylərini dəstəkləməkdir.

Səfirlər Fondu Təqaüdçüləri 2022-ci ilin yayında universitetlərin yay tətili zamanı dörd aya qədər ABŞ-a səfər edəcək. Onlar ABŞ-da amerikalı həmkarları və qonaqlarla birgə qarşılıqlı əlaqədə olaraq mövsümi işlərdə işləyəcəklər.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG