Accessibility links

ABŞ Səfirliyi yerli işçilərinin şərəfinə ağaclar ianə edib


ABŞ Səfirliyi yerli işçilərinin şərəfinə ağaclar ianə edib
ABŞ Səfirliyi yerli işçilərinin şərəfinə ağaclar ianə edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi Diplomatik Xidmətin Xarici İşçilərinin Təqdir Edilməsi Günü çərçivəsində azərbaycanlı işçilərin şərəfinə layihə elan edib.

Səfirliyin amerikalı əməkdaşları 335 nəfərdən çox yerli işçinin əməyini təqdir etmək üçün hər bir yerli işçinin şərəfinə bir ağac ianə edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

Səfir Li Litzenberger bildirib ki, səfirlik bu ianə ilə bütün yerli işçilərinin nümunəvi xidmətini qiymətləndirir, fədakarlıqlarına və gərgin əməklərinə görə onlara təşəkkür edir.

Səfirlik ağacların əkilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyəti ilə tərəfdaşlıq edib. Ağaclar Bakı Şəhəri Pirallahı rayonunda əkilib.

Noyabrın 26-da səfir Litzenberqer ağac əkilməsi tədbirini qeyd etmək üçün bir neçə yerli işçi, o cümlədən, səfirliyin Yerli İşçilərin Assosiasiyasının nümayəndələri ilə birlikdə tədbirdə iştirak edib. Tədbirdə həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri iştirak edib.

Diplomatik Xidmətin Xarici İşçilərinin Təqdir Edilməsi Günü 17 noyabrda qeyd olunur. Həmin gün ABŞ-ın bütün dünyada və Azərbaycanda xarici siyasət prioritetlərinə səmərəli nail olmaq qabiliyyəti üçün dəyərli olan yerli işçilərinin töhfələrini qeyd edir. Belə ki, ağacların alınması üçün vəsait səfirliyin amerikalı əməkdaşları tərəfindən bağışlanıb.

“Hədiyyə edilən və əkilən ağaclar, vətəni Azərbaycan olan zeytun ağaclarıdır. Zeytun ağacı xüsusidir. Quran zeytunu qiymətli meyvə kimi təqdim edir. Zeytun budağından çox zaman sülhü təsvir etmək üçün istifadə olunur. Məsələn, ABŞ-ın gerbində sülhün gücünü simvolizə edən zeytun budağını tutmuş bir qartal var,” ABŞ Səfirliyinin məlumatında deyilir.

XS
SM
MD
LG