Accessibility links

ABŞ Səfirliyinin videosu şairlər Mikayıl Müşfiq və Emili Dikinsondan bəhs edir


ABŞ-ın Azərbaycandakı Səfirliyi həm Amerikada, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər və xeyriyyəçilər haqqında silsilə video buraxışlarını davam edirir. Bu qısa videolarda ölkələrin tarixində mühüm iz buraxan azərbaycanlı və amerikalı görkəmli simalar arasında müqayisələr aparılır.

Səfirliyin Facebook səhifəsində yaydığı bugünkü videoda şairlər Mikayıl Müşfiq və Emili Dikinson haqqında bir neçə fakta müraciət edilib.

Səfirliyin bundan öncəki videoları Azərbaycan və Amerika dövlət xadimləri Məhəmməd Əmin Rəsulzadə və Henri Patrik, yazıçılar Cəlil Məmmədquluzadə və Mark Tven, musiqiçilər Vaqif Mustafazadə və Art Tatumdan bəhs edib.

XS
SM
MD
LG