ABŞ-ın Azərbaycandakı Səfirliyi həm Amerika Birləşmiş Ştatlarında, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər və xeyriyyəçilər haqqında silsilə video buraxışlarını davam etdirir.
Bu barədə səfirlik Facebook səhifəsində məlumat yayıb.
Bugünkü video ölkələrin tarixində mühüm iz buraxan Azərbaycan musiqiçisi Vaqif Mustafazadə və Amerika musiqiçisi Art Tatum haqqındadır.
Səfirliyin bundan öncəki videoları Azərbaycan və Amerika dövlət xadimləri Məhəmməd Əmin Rəsulzadə və Henri Patrik, yazıçılar Cəlil Məmmədquluzadə və Mark Tvendən bəhs edib.