Accessibility links

ABŞ səfirliyində çalışan diplomatlar klassik Azərbaycan filmlərindən səhnələri izləyib


Bakıda yaşayan bir qrup amerikalı diplomat klassik Azərbaycan filmlərindən Azərbaycan dilində səhnələr izlədikləri bir təcrübəyə qatılıblar.

Amerikanın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində bildirir ki, filmdəki səhnələrə baxandan sonra diplomatlar Azərbaycan dili bilikləri, yerli mədəniyyətlə tanışlıqları və intuisiyalarından istifadə edərək filmlərdə nədən danışıldığını nəql etməyə çalışıb. Səfirlik bu barədə video da təqdim edib.

Məlumatda deyilir ki, Hollivud filmləri dünyada məşhurdur və ingilis dilini öyrənmək istəyən bir çox insan dil biliklərini inkişaf etdirmək və ABŞ mədəniyyəti ilə tanış olmaq üçün amerikan filmlərini izləyir.

“Səfirlikdə çalışan bir neçə amerikalı diplomat isə Azərbaycan filmləri ilə maraqlanır və biz yuxarıda qeyd etdiyimiz təcrübəni Azərbaycan dilində, Azərbaycan filmləri ilə sınamaq qərarına gəldik,” səfrilik bildirir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG