Accessibility links

ABŞ Səfirliyi “Rasulzade and Henry Patrick” videosunu təqdim edib


ABŞ-ın Azərbaycandakı Səfirliyinin təqdim etdiyi son video Azərbaycan və Amerika dövlət xadimləri "Rəsulzadə və Henri Patrik" (Rasulzade and Henry Patrick) adlanır.

ABŞ Səfirliynin məlumatında deyilir ki, videoda Məhəmməd Əmin Rəsulzadə və Henri Patrik haqqında bir neçə fakt barədə məlumat verilir.

“Amerika Səfirliyi həm Amerika Birləşmiş Ştatlarında, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər və xeyriyyəçilər haqqında silsilə video buraxışlarını davam etdirir. Bu qısa videolarda ölkələrin tarixində mühüm iz saxlayan azərbaycanlı və amerikalı görkəmli simaları aralarında müqayisə aparılır,” səfirlik bildirir.

Məhəmməd Əmin Rəsulzadə (31 yanvar 1884, Novxanı, Bakı quberniyası – 6 mart 1955, Ankara) Azərbaycanın dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

Patrick Henry (29 may 1736 - 6 iyun 1799) amerikalı siyasətçidir.

Virciniyanın müstəqillik uğrunda mübarizəsi zamanı nüfuzlu bir natiq kimi tanınıb. ABŞ-ın qurucu atalarından biri olaraq, müstəqillik elan edildikdən sonra 1776-1779 və 1784-1786 arasında iki dəfə Virciniya qubernatoru olub.

XS
SM
MD
LG