Accessibility links

ABŞ Senatı Səudiyyə Ərəbistanına raket satışını dəstəkləyib


ABŞ Senatı çərşənbə axşamı Səudiyyə Ərəbistanına dəstək məqsədi ilə ortamənzilli hava-hava raketləri, raketatma qurğuları və digər silahların satışını qadağan edən qətnaməni rədd edib.

Respublikaçılar Rend Pol və Mayk Li, eləcə də yarış zamanı Demokratlarla birlikdə olan Berni Sanders tərəfindən təqdim edilən qətnamə 67-30 səslə qəbul edilməyib.

Onlar ABŞ texnikasının mülki insanları öldürmək üçün istifadə edilməyəcəyinə zəmanət vermədən krallığa hərbi texnika satışlarını təsdiqləməkdən imtina edib.

Satışı dəstəkləyənlər prezident Co Bayden administrasiyasının artıq ABŞ-ın Səudiyyə Ərəbistanına hücum silahlarının satışını qadağan etdiyini bildiriblər.

"Mən Səudiyyə rəhbərliyinin müxtəlif hərəkətlərə görə məsuliyyət daşıması zəruriyyəti ilə tamamilə razıyam. Lakin mən təhlükəsizlik üzrə tərəfdaşlarımızın öhdəliklərimizi yerinə yetirəcəyimizin də vacibliyinə inanıram" - deyə, Senatın Xarici Əlaqələr Komitəsinin sədri, Demokrat senator Bob Menendez bildirib.

ABŞ qanunvericilərindən bir çoxu Səudiyyə Ərəbistanını Yaxın Şərqdə mühüm tərəfdaş hesab etsə də, Konqres üzvləri bu ölkəni dünyanın ən dəhşətli humanitar fəlakətlərindən biri hesab olunan Yəmən müharibəsindəki iştirakına görə tənqid edib.

"Səudiyyə Ərəbistanına daha çox raket satmaq bu münaqişəni daha da genişləndirməkdən və onsuz da yanan atəşə daha çox benzin tökməkdən başqa bir şey deyil" - deyə, Sanders bildirib.

Dövlət Departamenti, eləcə də Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilən silah paketinə 280 AIM-120C-7/C-8 Orta mənzilli Hava-Hava Raketləri (AMRAAM), 596 LAU-128 Raket Atıcıları (MRL) və digər avadanlıqlar daxildir.

XS
SM
MD
LG