Accessibility links

ABŞ Sahil Mühafizəsi ukraynalı dənizçilərə təlim keçir


ABŞ Sahil Mühafizəsi ukraynalı dənizçilərə təlim keçir
please wait

No media source currently available

0:00 0:03:04 0:00

ABŞ Sahil Mühafizəsi ukraynalı dənizçilərə təlim keçir

ABŞ Sahil Mühafizəsinin təlimlərini keçmiş ukraynalı dənizçilər indi dənizdə keçirirlər. Dənizçilər daha sonra Ukrayna donanmasına veriləcək ABŞ Sahil Mühafizəsinin “Ada” sinifli katerlərdən istifadə edirlər.

Merilend ştatının Baltimor şəhərində tutqun bir səhər. Ukraynalı dənizçilərdən ibarət bir ekipaj ABŞ Sahil Mühafizəsinin “Ada” sinifli kateri ilə Çezapik körfəzinə getməyə hazırlaşır.

On altı dənizçi ABŞ Sahil Mühafizəsi ilə bu katerlərin necə işlədiləcəyi ilə bağlı təlimləri yenicə başa vurub. Tezliklə gəmilərdən üçü Ukraynanın dəniz qüvvələrinə təhvil veriləcək, çünki ölkə Rusiyanın təcavüzünə qarşı mübarizə aparır.

Gəmilər Sakit okeandakı Quamdan Baltimora daşınıb, bərpa edilib, müasirləşdirilib və silahlarla təchiz edilib.

"Katerlər Ukraynaya çatana qədər demək olar ki, bütün dünyanı gəzəcəklər!" - deyə, gəmi müşayiəti qrupunun üzvü İqor Truxan bildirib.

ABŞ Ukraynaya ikinci dəfədir ki, gəmidə daimi ekipajı olan, ən azı 20 metr uzunluğunda Sahil Mühafizəsi gəmisi olaraq təyin olunan katerləri verir.

Patrul gəmisinin komandiri Sergey Tukmaçov təlimin əvəzolunmaz olduğunu deyir.

"Əvvəlcə bir az qorxulu idi, heç vaxt bu cür katerlərlə işləməmişəm. Ancaq izahatları dinləyib özüm sınadıqdan sonra lazım olan bacarıqları əldə etdim. Və bunu sevirəm" - deyə, o bildirib.

ABŞ Sahil Mühafizəsi ilə məşqçilər ukraynalı əsgərlərin katerləri idarə etməyə nə vaxt hazır olduqlarını qiymətləndirəcəklər.

"Hər hansı bir sualımız varsa, son dərəcə diqqətlə yanaşırlar. Çox yaxşı ünsiyyət qururuq. Bizə necə etdiklərini öyrətməklə kömək etməyə çalışırlar, amma evdə fərqli şeylər etdiyimizi unutmurlar" - deyə, Sergey Tukmaçov əlavə edib.

Havanın tutqun olmasına baxmayaraq, kater oradan çıxdı və saatda təxminən 60 kilometr sürətə çatdı. Ada sinifli katerlər sürət və manevr qabiliyyəti ilə məşhurdur.

Ukraynanın ABŞ -dakı səfiri Oksana Markarova hesab edir ki, Ukraynanın donanmasının gücləndirilməsi ölkənin Qara və Azov dənizlərində daha fəal olmasına imkan verəcək.

“Bu məsələnin təkcə Ukrayna üçün deyil, bütün region üçün vacib olduğunu görə bilərik. Rusiyanın hərəkətlərini - bütün hibrid təhdidlərin, hərbi əməliyyatların və Krımın qanunsuz ilhaqının - Rusiyanın Qara dənizdəki mövqeyini yaxşılaşdırmaq cəhdlərini görə bilərik. Əlbəttə ki, donanma imkanlarımızı inkişaf etdirsək, bu təhdidlərə qarşı daha effektiv mübarizə apara bilərik" - deyə, Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib.

Dənizçilərin oktyabrın sonuna qədər Kyivə dönəcəyi və Ukraynanın beynəlxalq təhlükəsizliyi və suverenliyini qorumaq üçün gəmilərdən istifadə etməyə hazırlaşacağı gözlənilir.

XS
SM
MD
LG