Accessibility links

Sally qasırğası yarım milyondan çox insanı elektriksiz qoyub


Cümə axşamı Salli qasırğasının bölgəni dağıtmasından sonra Alabama və Florida ştatlarının sahil bölgələrinin 500 mindən çox sakinı elektriksiz qalıb.

Salli çərşənbə günü Alabama ştatının körfəz Şors şəhəri yaxınlığından 2 kateqoriya ilə keçdikdən sonra yavaş-yavaş Floridanın Panhandl bölgəsinə doğru irəliləyib. Saatda 165 kilometr sürətlə əsən küləklər və leysan yağışları bir neçə kiçik şəhərində daşqınlara səbəb olub, elektrik xətlərini sıradan çıxarıb, evləri və müəssisələri dağıdıb.

Alabama ştatının Oranc Biç şəhərinin meri Tony Kennon xəbər agentliklərinə fırtına nəticəsində bir sakinin öldüyünü, digərinin isə itkin düşdüyünü bildirib.

Sallinin Florida ştatının məşhur kurort bölgəsi Pensacola və Hərbi Dəniz Donanmasının yerləşdiyi Eskambiya mahalının 61 santimetrə qədər yağan yağışlardan sonra təcili yardım dəstələrinin azı 377 nəfəri xilas etdiyi bildirilib.

Eskambiya rəsmiləri axşam saatlarından səhərə qədər üç günlük komendant saatı elan edib. Qasırğa Pensakolada yeni inşa edilmiş körpünün bir hissəsini də dağıdıb.

Çərşənbə günü gecə Floridadan Corciya və Cənubi Karolina ştatlarına keçən Sallı zəifləyərək, tropik fırtınaya çevrilib. Lakin Milli Qasırğa Mərkəzinın bildirdiyinə görə, Sallinin qalıqları Corciya, Cənubi və Şimali Karolina, eləcə də Virciniya ştatlarında 7 ilə 16 santimetr arasında yağışlarla davam edəcək.

XS
SM
MD
LG