Accessibility links

ABŞ: Salvadorun Tayvanla ələqaləri kəsməsi Çinin nüfuzunu artırmağa çalışdığını göstərir


Birləşmiş Ştatlar cümə axşanı Tayvanla diplomaik əlaqələri kəsmək qərarına görə Salvadora hücum edib və bunun Vaşinqtonu dərindən narahat etdiyi bildirib. ABŞ həmçinin Çinin nüfuz əldə etmək üçün Salvadora iqtisadi imtiyazlar irəli sürdüyü barədə xəbərdarlıq edib.

Hazırda Tayvanın yalnız 17 ölkə ilə rəsmi əlaqələri var. Onların demək olar hamısı Mərkəzi Amerika və Sakit Okeanda yerləşən kiçik və az inkişaf etmiş ölkələrdir. Onlar arasında Beliz və Nauru da var.

Salvadorun xarici işlər naziri Karlos Kastaneda
Salvadorun xarici işlər naziri Karlos Kastaneda

Bu həftə Tayvan prezidenti Tsai İn Çinin “getdikcə nəzarətdən çıxan” davranışına qarşı mübarizə aparacağını vəd edib. Salvador bu il Tayvanla əlaqələri kəsərək, Çinə sədaqətini nümayiş etdirən üçüncü ölkədir. Çin Tayvanı digər ölkələrlə dövlət səviyyəsində əlaqə qurmaq haqqı olmayan qeyri-itaətkar əyaləti olaraq görür.

Pekinlə onsuz da gərgin münasibətləri daha da gərginləşdirəcək bəyanat yayan Ağ Ev Salvador hökümətinin “vəzifədən getmədən bir neçə ay öncə qeyri-şəffaf yolla” bu qərarı verdiyini bildirib.

“Salvador hökümətinin Çinin Qərb yarımkürəsində yerləşən ölkənin daxili siyasətinə müdaxiləsini qəbul etməsi Birləşmiş Ştatları dərindən narahat edir və bizim Salvadorla münasibətlərimizi yenidən nəzərdən keçirməmizə səbəb olacaq” - deyə, bəyanatda bildirilib.

Tayvanın prezidenti Tsai İn-ven
Tayvanın prezidenti Tsai İn-ven

Ağ Evin bəyanatında həmçinin qeyd edilib ki, qısa müddətli iqtisadi artım və infrastrukturun inkişafı məqsədilə Çin hökümətindən sərmayə ala bilmək üçün Çinlə əlaqə qurub və ya mövcud əalqələri genişlədirmək uzun müddətdə məyusedici nəticələr verə bilər.

“Dünya boyu hökümətlər artıq başa düşməyə başlayır ki, Çinin irəli sürdüyü iqtisadi stimullar əməkdaşlıq məqsədi daşımır, bu ölkələrin Çindən iqtisadi asılılığına, Çinin isə nüfuzunu artırmasına yol açır”.

Taypey və ya Pekin Ağ Evin bəyanatına hələ ki, münasibət bildirməyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG