Accessibility links

ABŞ-ın hüquq-mühafizə orqanları amerikalıları təhlükəsiz səs verə biləcəklərinə əmin edir


ABŞ-da çərşənbə axşamı keçirilən prezident seçkiləri ərəfəsində gərginliyin artdığı bir vaxt hüquq-mühafizə orqanları seçiciləri hədə-qorxu və zorakılıq olmadan səs verə biləcəklərinə əmin edib.

Prezident Donald Tramp tərəfdarlarının keçmiş vitse-prezident Co Baydeni dəstəkləyən Demokrat seçicilərə qarşı bir sıra insidentlərin baş verməsi səsvermə günü siyasi gərginliyin zorakılığa çevrilə biləcəyinə dair narahatlıqların artmasına səbəb olub.

2020-ci il prezident və Konqres seçkilərində səs vermək üçün səsvermə məntəqələrinin açılmasına bir neçə saat qalmış gərgin rəqabətin getdiyi ştatlarda səsvermə hüquqları müdafiəçiləri və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli rəsmiləri bazar ertəsi seçicilərin narahatlıqlarını azaltmağa çalışıblar.

"Mən Viskonsində təhlükəsiz və etibarlı bir səs vermə prosesi olacağına və sabah seçki məntəqələrində hər şeyin qaydasında olacağına əminəm" - deyə, Viskonsin ştatının baş prokuroru Coş Kaul mətbuat konfransında bildirib..

"Seçki məntəqəmizin təhlükəsiz olması üçün lazım olan hər şeyi edəcəyik ki, Şimali Karolinada hər bir vətəndaşı heç bir sıxıntı olmadan səs verə biləcəyinə əmin olsun", Şimali Karolina ştatının baş prokuroru Coş Steyn mətbuat konfransında deyib.

Şimali Karolina və Viskonsin ştatları Tramp və Baydenin bərabər olduğu və ya Baydenin kiçik bir üstünlüyə malik olduğu gərgin rəqabətin getdiyi ştatlar arasındadır. Ondan çox belə ştatda yarışların nəticəsi prezident seçkilərinin qalibinin müəyyən edilməsində həlledici hesab edilir.

XS
SM
MD
LG