Accessibility links

Seçkiqabağı narahatlıqlara baxmayaraq, ABŞ-da seçkilər problemsiz keçib


Seçkiqabağı narahatlıqlara baxmayaraq, milyonlarla amerikalının yeni prezidenti seçmək üçün seçki məntəqələrində səsvermə prosesi çoxlarının fikrincə problemsiz keçib.

Hüquq mühafizə orqanları və səsvermə hüquqları müdafiəçilərinin dediyinə görə, seçicilərə hədə-qorxu barədə az məlumat olub və ciddi zorakılıq halları müşayiət olunmayıb.

Prezident Donald Tramp və onun Demokrat rəqibi Co Bayden arasında qızğın rəqabət şəraitində keçən seçki mübarizəsinin nəticələri hələ də məlum olmadığı üçün rəsmilər iğtişaş və potensial zorakılıqlar ehtimalına qarşı hazır vəziyyətdədir.

Buna baxmayaraq, səsvermə hüquqları müdafiəçiləri səsvermə prosesinin uğurlu və problemsiz keçdiyini deyib.

Vətəndaş Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin prezidenti və icraçı direktoru Kristin Klark seçicilərə hədə-qorxu gəlinməsi ilə bağlı xəbərlərin təşkilatının gözlədiyindən "daha az" olduğunu deyib.

“Biz bu (seçicini qorxutmaq) cəhdləri qaradərili, xüsusən də qeyri-ağ icmalarda görməyə hazır idik” - deyə, Kristin Klark ölkənin əksər hissəsində səsvermə məntəqələrinin bağlandığı vaxt keçirdiyi mətbuat üçün brifinqdə bildirib.

Klarkın dediyinə görə, Hüquqşünaslar Komitəsinə ümumilikdə ölkə boyu əsasən şəxsiyyət vəsiqəsi tələbləri və qeydiyyatla bağlı 30 minə qədər şikayət zəngi gəlib və onların arasında seçicilərə hədə-qorxu ilə bağlı şikayətlər də olub.

Seçicilərə hədə-qorxu şikayətlərin çox az hissəsini təşkil edib. Bununla yanaşı, bəzi ştatlarda seçicilərin telefonlarına “təhlükəsiz olun və evdə qalın” çağırışı ilə avtomat telefon zənglər də olub.

"Biz [seçicini qorxutmaq] şikayətlərini gördük və bir çox halda bu ya tək fərdlər və ya iki nəfərlik qruplar tərəfindən olub. Yəni seçicilərə ciddi şəkildə təsir göstərə biləcək böyük qruplar yox idi" - deyə, Klark bildirib.

Seçki məntəqələrinə gələn seçicilərin sayı nisbətən az olub çünki onların böyük hissəsi - 101 milyondan çoxu ya erkən səs verib, ya da büllüetenləri poçtla göndərib.

Qeyri-kommersiya Common Cause təşkilatının prezidenti və Seçkiləri Müdafiə Koalisiyasının lideri Karen Hobert Flinn də vəziyyəti oxşar qiymətləndirib.

"Belə bir çətin vaxtda seçkilərin bu cür rahat keçməsindən çox məmnunam" - deyə, o bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG