Birləşmiş Ştatlarda siyasi təqvimdə növbəti mühüm gün prezident Donald Tramp və onun demokrat rəqibi Co Bayden arasında üç debatdan birincisinin keçiriləcəyi 29 sentyabrdır. Amma prezidentliyə namizədlər debatlarda podiumda tək olmur, müzakirələr moderator tərəfindən aparılır. Debat zamanı moderator aparıcı rol oynayır və demək olar həmişə diqqət mərkəzindədir.
Debat zamanı adətən diqqət mərkəzində namizədlər olsa da, podiumda nəyin nə zaman deyildiyi haqda fikir söyləyən üçüncü şəxs var.
Debatlardakı moderator təkcə sual verməklə kifayətlənmir.
Con Kox, Vanderbilt Universiteti: “Fikrimcə, moderatorun ən mühüm işi diqqətlə izləməkdir. Onlar cavab verəndə, ya da mübahisə yarananda davam etmək üçün lazım olan sonrakı sualları verməkdir.”
Tanınmış jurnalistlər hər iki partiyanın təmsil olunduğu Prezidentlərin Debatlarına dair Komissiya tərəfindən debatlarda moderator seçilir.
İctimai Yayım kanalının mərhum aparıcısı Cim Lehrer ən çox sayda – 12 debata moderatorluq etmişdi.
Virciniya Universitetinin Miller Mərkəzinin baş elmi işçisi Meri Keyt Keri Cim Lehrerin moderatorluq etdiyi debatlar haqda seminarda iştirak edib.
“O deyirdi ki, əgər uzun və mürəkkəb sual verirsinizsə, o zaman uzun və mürəkkəb cavab alacaqsınız. O bu kimi suallar verməyi sevirdi, məsələn, yaxşı sövdə sizin nə deməkdir, ya da siz bununla razısınızmı? Belə suallar.”
Kerinin sözlərinə görə, Lehrer debatdan öncə qaydalarını necə qoyacağını izah etmək üçün namizədlərlə görüşürdü. O həmçinin dəstək almaq üçün auditoriyaya da qaydaları izah edirdi.
Meri Keyt Keri, Virciniya Universiteti: “Əgər namizədlərdən biri qaydaları pozurdusa, ya çox danışaraq, o birinin danışmasına imkan vermirdisə və ya mane olurdusa, auditoriya qaydaları bildiyi üçün bu adamı qeyd etməyə başlayırdı. Və bu moderatorun işini asanlaşdırırdı və o, `bağışlayın, bu, qaydaların pozulmasıdır, keçirik o biri namizədlərə” deyə bilirdi.”
Namizədlərdən biri yanlış bir şey söyləsə, o zaman nə baş verir?
Meri Keyt Keri, Virciniya Universiteti: “O hesab etmirdi ki, moderatorun vəzifəsi faktların araşdırılmasından ibarətdir. Onun fikrincə, moderator belə deyə bilərdi: Mən sizə aydınlaşdırmaq üçün imkan vermək istərdim.”
Cennifer Mersiye, Texas A&M Universiteti: “2012-c ildə Kendi Krouli ilə bağlı mübahisələr oldu. O, debat zamanı Romninin faktlarını yoxladı.”
Romni:”Mən bunun protokol üçün əlavə olunmasına əmin olmaq istəyirəm, çünki prezidentə Benqazidəki hücumu terror aktı adlandırması üçün 14 gün lazım oldu.”
Kendi Krouli: "İcazə versəniz, mən deyə bilərdim, o, əslində terror aktı deyib."
Obama: "Kendi, bunu bir qədər ucadan deyə bilərsinizmi?"
“Namizədlər arasında gərgin debat gedirdi və o, müzakirələri davam etdirmək üçün müdaxilə etdi. Bildiyiniz kimi, bunu etdiyinə görə sağ cinahda böyük məsələ qalxdı”, Texas A&M Universitetindən Cennifer Mersiye bildirir.
2020-ci il prezidentliyə namizədlər arasında debatlarda moderatorlar artıq müəyyən edilib.
FOX News tele kanalının jurnalisti Kris Vallas sentyabrın 29-da keçiriləcək ilk debatların moderatoru olacaq. O, 2016-cı ildə də moderator olub.
C-SPAN ictimai tele kanalın prodüseri və aparıcısı Stiv Skalli ikinci debata moderatorluq edərək.
Üçüncü debatın moderatoru NBC News tele kanalının Ağ Evdəki müxbiri Kristen Velker olacaq.
Vitse-prezidentliyə namizədlərin yeganı debatına isə USA Today qəzetinin Vaşinqtonun bürosunun rəhbəri Süzan Peyc moderatorluq edəcək.
Meri Keyt Keri 12 dəfə moderatorluq etmiş Cim Lehrerin məsləhətini yada salır: debatın mərkəzi fiquru olmaqdan çəkinin.
“Mənim həmişə xatırladığım sitat budur:`əgər kimsə məndən, moderatordan sitat gətirirsə, deməli mən uğursuz olmuşam”, Meri Keyt Keri bildirir.
Debatlarda moderatorlar
KRİS VALLAS
FOX News telekanalının jurnalisti
2016-cı il debatında moderator
Trampla iyul ayında müsahibə aparıb
STİV SKALLİ
C-SPAN kanalı – baş prodüser, redaktor
Siyasi tokşouların aparıcısı
2016-cı ildə ehtiyat üçün moderator seçilib
KRİSTEN VELKER
NBC telekanalının Ağ Ev müxbiri
NBC həftəsonu proqramının aparıcısı
Demokratların praymerisində moderator olub
SÜZAN PEYC
USA Today Vaşinqtonun bürosunun rəhbəri
Prezident seçki kampaniyasında 10 debatda moderator
Nensi Pelosi və Barbara Buş haqda kitabların müəllifi