Bayden administrasiyası Kremli Birləşmiş Ştatlara qarşı SolarWinds kiber casusluq kampaniyası və 2020-ci il prezident seçkilərinə təsir göstərmək səylərinə görə cəzalandıraraq, Rusiya iqtisadiyyatını hədəf alan sanksiyalar tətbiq edib.
Birləşmiş Ştatlar Moskvanın bildirildiyi kimi kiber hakerlik, seçkiyə müdaxilə və digər zərərli hərəkətlərinə görə cəzalandırılmasını nəzərdə tutan sanksiyaların tətbiq edildiyini elan edib.
Prezident Co Bayden Rusiya prezidenti Vladimir Putini bu barədə bu həftə telefon söhbəti zamanı məlumatlandırıb, eyni zamanda onu bu il Avropada sammitə dəvət edib.
“Birləşmiş Ştatlar Rusiya ilə əməkdaşlıqda maraqlı olduğu sahələrdə biz bunu etməliyik və edəcəyik. Rusiya Birləşmiş Ştatların maraqlarını pozmağa çalışanda biz cavab verəcəyik. Biz hər zaman ölkəmizi, qurumlarımızı, xalqımızı və müttəfiqlərimizi müdafiə edəcəyik”, prezident Co Bayden bildirib.
ABŞ Rusiyanın 10 diplomatını ölkədən çıxarır və Moskvanın Donald Trampa kömək məqsədilə 2020-ci ildə prezident seçkilərinə təsir göstərmək cəhdində iştirak etdiyi iddia edilən 32 qurum və şəxsə sanksiya tətbiq edir. Administrasiya eyni zamanda, Rusiya ilə sabit münasibətlər qurmaq istədiyini bəyan edir.
“Biz yenidən bu yanaşma və qarşıdurma ilə Moskva üçün də əhəmiyyətli sahələrdə qarşılıqlı əlaqə üçün stimul yaradılması səylərini görəcəyik. Belə ki, məsələn, Putinin dəyər verdiyi bir məsələ olan ABŞ-la strateji sabitliyə dair dialoq, Əfqanıstana dair danışıqlar masasında yer və İranla danışıqlar buraya daxil edilib. Buna görə də mən hesab edirəm ki, bu hər iki yanaşmanı tənzimləməklə münasibətlərdə bəzi məhdudiyyətlərin qoyulmasına səy göstərmək olar”, Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin təhlilçisi Andrea Kendall-Taylor qeyd edib.
Vaşinqton ilk dəfə olaraq Moskvanı ABŞ-ın federal agentlikləri və şirkətlərinə qarşı dekabr ayında aşkar edilən SolarWinds kiber hücumlarında günahlandırır.
“SolarWinds hücumu ilə bağlı bağlanmamış bəzi boşluqların və ya bəzi zəifliklərin olduğuna dair bəzi narahatlıqlar var. Əgər Rusiya bunlardan istifadə etsəydi, düşünürəm ki, Rusiya xüsusi xidmət orqanları, bəlkə də Rusiya hökumət nümayəndələri və onların ailələrinin hədəf alındığını görə bilərdik ki, bu da bir çox ekspertin təkid etdiyi bir şeydir”, Vilson Mərkəzində təhlilçi Nina Yankoviç bildirib.
Əvvəlki sanksiyalar Moskvanın qarşısını ala bilməmişdi. Bu dəfə Bayden ABŞ-ın maliyyə müəssisələrinin ilkin bazarda Rusiya rublu ilə istiqarazların alınmasını qadağan edərək təziyqi artırır. Ağ Ev bu qadağanın ikinci bazara da adi edilə biləcəyinə işarə edib. Amerika banklarının rubldan kənar istiqrazlarla ticarəti 2019-cu ildən qadağan edilib.
“Bu o deməkdir ki, Rusiyanın rublla olan suveren borcunun böyük hissəsi və ya 80 faizdən çoxu bizim sanksiya rejimindən təsirlənməyib. İndi biz bu məkanda bir addım atdıq. Ancaq yenə də qarşıda maksimum imkanlarımız var”, Ağ Evin mətbuat katibi Cen Psaki qeyd edib.
Kreml bu iddiaları rədd edir.
“Belə aqressiv davranış şübhəsiz ki, sərt qarşılanacaq. Sanksiyalara cavab qaçılmazdır”, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Sanksiyalar Rusiyanın hökumət qüvvələri və Moskvanın dəstəklədiyi üsyançılar arasında münaqişənin yeddi ildir davam etdiyi Ukraynada sərhəddə hərbi qüvvə topladığı vaxta təsadüf edir.
Bu tədbirlər həmçinin Moskvanın bildirildiyi kimi Əfqanıstanda ABŞ və koalisiya qüvvələrinə qarşı hücumlara görə mükafat təklif etdiyi üçün cəzalandırılması məqsədi daşıyır.