Accessibility links

ABŞ seçki sistemlərini hədəf alan kiberhücumların əlamətləri yoxdur


ABŞ-ın yüksək səviyyəli hüquq-mühafizə orqanları, hərbi və kəşfiyyat məmurları, bəzi ölkələrin səsverməyə müdaxilə etmək niyyətində olduqlarına dair çoxsaylı dəlillərə baxmayaraq, qarşıdan gələn prezident seçkilərinin təhlükəsizliyini qoruya biləcəklərinə inandıqlarını bildirir.

Rəsmilər ABŞ kəşfiyyat icmasının Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etmək istədiyi qənaətinə gəldiyindən bəri, təxminən dörd ildir seçkilərə hər növ hücumları izləməyə başlayıb. Ancaq seçicilərin noyabrın 3-ü seçkilərinə qatılmasına 50 gündən az vaxt qaldığı bir vaxt onlar Rusiya və ya başqalarının kritik seçki sistemlərini sındırmağa çalışma əlamətlərinin olmadığını deyirlər.

Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Kristofer Rey çərşənbə günü ABŞ Kiber Təhlükəsizliyi və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) tərəfindən keçirilən virtual sammitdə "Seçicilərin məlumat bazalarına və ya ilkin səsvermə ilə əlaqəli hər hansı bir sistemə bu günə qədər kiberhücumlar həyata keçirildiyini görməmişik" bildirib.

FTB-nin ABŞ-ın kritik sistemlərini qorumaq səylərini "bitməyən bir döyüş" olaraq xarakterizə etməsinə baxmayaraq, Rey 2016 seçkilərindən bəri tətbiq olunan addımların nəticə verdiyini göstərir.

"Bildiyimizə görə, heç bir xarici hökumət ABŞ-ın səs sayımlarına müdaxilə etməyib" - deyə, o qeyd edib.

Çərşənbə günü başqa bir virtual konfransda çıxış edən ABŞ Kiber Komandanlığının komandiri də Seçki Günündən əvvəl seçiciləri inandırmağa çalışıb.

"Biz həqiqətən idarələrarası və ortaqlarımızla bir araya gələn işlərə əsaslanan böyük və davamlı uğur qazanacağımıza inanırıq" - deyə, Milli Təhlükəsizlik Agentliyinin direktoru da olan General Pol Nakason bildirib.

XS
SM
MD
LG