Accessibility links

ABŞ Senatı fövqəladə vəziyyət bəyannaməsi əleyhinə səsvermə keçirəcək


Respublikaçıların üstünlük təşkil etdiyi ABŞ Senatı cümə axşamı prezidentin ABŞ-Meksika sərhədi boyu divar inşasını maliyyələşdirmək üçün fövqəladə vəziyyət barədə bəyannaməsinin əleyhinə səsvermə keçirməklə qanunvericilərin prezident Donald Trampa siyasi zərbə endirəcək.

Çox sayda respublikaçı cənub sərhədlərində divar inşası üçün maliyyə əldə etmək məqsədi ilə fövqəladə vəziyyət bəyənnaməsi barədə narahatlıq ifadə edib və bildirib ki, ABŞ konstitusiyası Konqresə məsrəfləri təsdiqləmə səlahiyyəti verir.

Senatorların əksəriyyəti bəyənnamənin lehinə səs verməlidir. Belə ki, onlar Amerikanın cənub sərhədlərində təhlükəsizliyin təmin edilməsinin vacib olduğunu düşünür.

Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası artıq qərarın əleyhinə səs verib.

Trampın masasına çatdıqda, bu qətnamə onun prezidentliyi dövründə ilk dəfə veto qoya biləcəyi qətnamə olacaq.

Konqresdən başqa fövqəladə vəziyyət mövzusu qərarın müqəddəratının müəyyən ediləcəyi federal məhkəmə sistemində də sual edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG