Accessibility links

ABŞ Senatı hökümətin bağlanmasının qarşısını almaq üçün qısamüddətli maliyyə qanunu qəbul edib


ABŞ senatı cümə axşamı hökümətin bağlanmasının qarşısını almaq məqsədi ilə qısamüddətli boşluğu doldurmaq üçün fevral ayının 18-nə qədər hökümət maliyyələşməsi qanunu qəbul edib. Qanun imzalanması üçün artıq prezidentə göndərilib.

Nümayəndələr Palatası qanunu təsdiqləmək üçün səs verdikdən sonra senatorlar tez bir müddətdə onu səsə qoyaraq razılaşma elan ediblər.

“Mən şadam ki, nəhayyətki soyuqqanlılıq işə yaradı. Hökumət açıq qalacaq və mən bu palatanın üzvlərinə təşəkkür edirəm ki, bizi qarşısı alına biləcək lazımsız və bahalı bağlanma addımın astanasından geri qaytardılar" deyə senat lideri Çak Şumer bildirib.

Senat qanunu 69-28 səslə təsdiqləyib.

Demokratların rəhbərlik etdiyi Nümayəndələr Palatası qanunu 221-212 səslə qəbul edib.

Qanunvericilərin bir çoxu qısamüddətli düzəlişdən şikayətlənir və qarşı tərəfi bu ilki xərc qanunlarında irəliləyişin olmamasında günahlandırdılar.

Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin sədri Rosa DeLauro bildirib ki, bu qanun sentyabr ayına qədər tam büdcə ilini əhatə edəcək paket üzrə danışıqlara imkan verəcək.

Səsvermədən əvvəl Bayden Senat liderləri ilə danışıb və o prezidentə bağlanma qorxusunu azaldığını bildirib.

Hazırki qanun son iyirmi ildə bir neçə dəfə baş verən və baha başa gələn tam və qismən bağlanmalara səbəb olan hökumətin maliyyələşdirilməsi ilə bağlı uçurumdan geri qayıtmağın ən son nümunəsidir.

ABŞ hökümətinin tarixində ən uzun bağlanma Prezident Donald Trampın dövründə baş verib və 35 gün çəkib. O zaman bağlanmaya səbəb demokratların ABŞ-Meksika sərhədində divar tikilməsi üçün pulu təsdiqləməkdən imtina etmələri olmuşdu.

Hər iki tərəf hökümət qapanmalarının məsuliyətsizlik olduğunu qəbul edir, bu səbəbdən də qapanmalar üçün qoyulan son tarixlər gecikdirilir.

XS
SM
MD
LG