Accessibility links

ABŞ Senatı Səudiyyə Ərəbistanını Yəməndə dəstəkləməməyə dair müzakirələr keçirəcək


ABŞ Senatı Səudiyyə Ərəbistanının Yəməndəki koalisiya qüvvələrini hərbi yardımla təmin etməməyə dair qətnamənin qəbul olunmasına səs verib.

Senatorların əksəriyyəti qətnamənin gələn həftə müzakirə olunmasına səs verib.

Həm respublikaçılar, həm də demokratların əksəriyyəti təkcə Yəməndə gedən müharibənin səbəb olduğu humanitar böhrandan narahat deyil.

“Biz son illər xarici siyasətə dair ən mühim səsvermələrdən birini keçirəcəyik. Bu səsvermə Yəməndə humanitar böhranın ünvanlanmasını tələb etmək üçün atılan bir addımdır. Bu səsvermə Səudiyyə Ərəbistanında zalım diktatorluğa bizim artıq onların dağıdıcı hərbi əməliyyatlarının bir hissəsi olmayacağımızı deməmizdir” - deyə, demokrat senator Berni Sanders bildirib.

“Son zamanlar baş verənlər Konqresin artıq çoxdan ABŞ qüvvələrini Yəməndən çıxarmalı olduğunu göstərir. Bu gün bizim Konstitusiya və ədalətin tələb etdiyi doğru istiqamət götürmək şansımız var. Yəməndəki vəziyyət dəhşətlidir” - deyə, respublikaçı senator Mayk Li bildirib.

Qanunvericilər həmçinin, Washington Post qəzetinin müxbiri Camal Xaşuqçinin qətlinə görə prezident Donald Trampın Səudiyyə Ərəbistanını cəzalandırmaq istəməməsindən də narazıdır.

ABŞ Kəşfiyyat Agentliyi bildirib ki, Xaşuqçi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Husi üsyançılarına qarşı hava hücumlarında ABŞ-dan alınan silahlardan da istifadə edilir. Koalisiya qüvvələri minlərlə yəmənlini öldürüb, xəstəxanalar və bütün yaşayış bölgələrini dağıdıb.

XS
SM
MD
LG