ABŞ Senatı sabiq Prezident Donald Trampın impiçment məhkəməsində şahidlərin dindirilməməsi üzərində razılıq əldə edib.
Bundan əvvəl Beş Respublikaçı 50 Demokrata qoşularaq şahidlərin ifadəsinin dinlənməsinə səs verib. Bu səsvermə gözlənilməz olub, çünki Senatın hər iki tərəfdən son iddiaları dinləyib və şənbə günü Trampa bəraət qazandırıb və ya onu təqsirli tanımaq üzərində səs verəcəkləri və bununla da çərşənbə axşamından bəri davam edən impiçment məhkəməsinə son qoyacaqları gözlənilirdi.
Nümayəndələr Palatasının baş impiçment meneceri Ceymi Raskin Vaşinqton ştatından Respublikaçı Konqres üzvü Ceymi Herrera Bütleri şahid qismində məhkəməyə dəvət etmək istədiyini elan edib.
Bütler cümə gecə bəyanat yayaraq bildirib ki, Nümayəndələr Palatasının azlıq lideri Kevin MakKarti ona deyib ki, Tramp Kapitoliyə hücum zamanı onunla telefon danışığı zamanı MakKartiyə Kapitoliyə zorla daxil olan kütləyə olan rəğbət və heyranlığını ifadə edib. MakKarti Trampa ondan müdaxilə edərək, kütləni geri çəkilməyə çağırmasını tələb etmək üçün zəng edib.
Şənbə günü ABŞ-ın bir neçə xəbər təşkilatı anonym mənbələrə istinad edərək bildirib ki, Senatın Respublikaçı azlıq lideri Mitç MakKonel Respublikaçı həmkarlarına şənbə günü gözlənilən səsvermədə sabiq prezidentə bəraət qazandırmağın lehinə səs verməyi planlaşdırdığını deyib.
Cümə günü Trampın vəkilləri sabiq ABŞ liderinin lehinə son iddiaları təqdim ediblər və onun yanvarın 6-da ABŞ Kapitolisinə ölümcül hücumu təşviq etdiyini inkar ediblər. Trampın vəkilləri məhkəmənin siyasi motivli və qanunsuz “ifritə ovu” olduğunu söyləyiblər.
“Solun son dörd ildə məşğul olduğu bütün digər siyasi motivli ifritə ovları kimi bu impiçment də tamamilə faktlardan, dəlillərdən və Amerika xalqının maraqlarından uzaqdır,” Trampın vəkili Maykl van der Vin bildirib.
Trampın vəkilləri cümə günü onlara ayırılan 16 saat əvəzinə iddialarını üç saatda təqdim ediblər.
Onlar senatorlara sabiq prezidentin seçkidə Prezident Co Baydenə məğlubiyyətini etiraz etməyə haqqının olduğunu və Trampın yanvarın 6-da ABŞ Kapitolisində baş verən üsyandan dəqiqələr öncə 70 dəqiqəlik çıxışının zorakılığı təşviq etməyə bərabər olmadığını deyiblər.
Müdafiə komandası bildirib ki, Trampı Ellipse parkında minlərlə tərəfdarını “cəhənnəm kimi mübarizə aparmağa” çağırması Demokratların zorakılığa səbəb ola biləcək bənzər ritorikadan istifadə etməsindən fəqrli deyil.
Vəkillər Vitse-Prezident Kamala Harris, senator Elizabet Uorren və Senatın Demokrat lideri Çak Şumer daxil olmaqla bir sıra tanınmış Demokratların heç bir konteks verilmədən “mübarizə”sözündən istifadə etdiklərini göstərən uzun video montaj təqdim ediblər.
Bundan əlavə videoda sabiq prezidentə qarşı iddia qaldıran impiçment meneceri olan Demokrat qanunvericilər də yer alıb.
Müdafiə komandasının cümə günü iddialarını təqdim etməsindən sonra senatorlar sual-cavab sessiyası keçirərək, həm Trampın vəkillərinə həm də Trampa qarşı iddia qaldıran Demokrat qanunvericilərə yazıl suallar təqdim ediblər.
İlk sualları Respublikaçı senatorlar Süzan Kollins və Lisa Murkovki təqdim ediblər. Onların hər ikisi Trampın əməllərini tənqid ediblər və Trampın tərəfdarlarının Kapitoliyə zorla daxil olduğu barədə dəqiq nə zaman öyrəndiyini və bununla bağlı hansı spesifik addımlar atdığı ilə bağlı sual veriblər.
Van der Vin suala birbaşa cavab verməsə də, məsələni araşdırmadıqlarına görə Demokratları günahlandırıb.