Accessibility links

ABŞ Senatı Yəmən müharibəsinə dəstəyi kəsməyi tələb edir


ABŞ Senatı prezident Donald Trampın qərarına qarşı çıxaraq, Yəməndə üsyançılarla döyüşən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya dəstəyin kəsilməsinə səs verib.

Donald Trampın 7 respublikaçı tərəfdarının demokratlara tərəf keçməsi ilə səsvermə 54-46 ilə nəticələnib.

Qərar Trampın "Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin 30 gün ərzində Yəmən Respublikasında baş verən hərbi əməliyyatlardan çıxmasını və ya təsirini aradan qaldırmasını" tələb edir.

"Konqresin bu cür hadisələri icazə verən aktının olmadığı bir vaxtda, biz konstitusiyadan kənar cəsur oğlan və qızlarımızı təhlükəyə göndəririk. Müharibəyə qoşulmaq konstitusiyadan kənar və qanunsuzdur. Yanılmayın, biz müharibədə iştirak edirik"- deyə, respublikaçı senator Mayk Li deyib.

Qərar ABŞ Nümayəndələr Palatasına göndərilir. Tramp qanunun terrorçuluqla mübarizəyə zərbə olacağını deyərək ona veto qoyacağını bildirib.

Səudiyyə Ərəbistanı Tramp administrasiyasının köməyi ilə Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarına qarşı koalisiyaya başçılıq edir.

XS
SM
MD
LG