Accessibility links

ABŞ Senatı Yəməndə Səudiyyə Ərəbistanına dəstəyi dayandırmaq istəyir


ABŞ Senatı Səudiyyə Ərəbistanının Yəmənin vətəndaş müharibəsinə hərbi müdaxiləsinə ABŞ-ın dəstəyinə son qoymağı planlaşdırır.

Qətnamənin qəbul edilməsi üçün bir neçə respublikaçı senatorun demokratlara qoşulacağı gözlənilir.

"Bu qanunvericiliyimiz Səudiyyə Ərəbistanı ilə əlaqəmizin sonu demək deyil. Biz bunu demirik. Ancaq biz Səudiyyə Ərəbistanının dəyişməsi lazım olduğunu deyirik. Bizim motivasiyamız budur. Prezidentin motivasiyasının nə olduğunu bilmirəm”, Nyu-Cersidən demokrat senator Bob Mendez deyib.

"Səudiyyə Ərəbistanı ilə hazırkı əlaqələr Amerika üçün yaxşı deyil. Onlar strateji müttəfiq olublar və gələcəkdə də ola bilərlər. Ancaq indi bu çətinlikdən başqa bir şey deyil. Buna səbəb isə bu ölkənin dağıdıcı bir top olan de fakto lider vəliəhd şəhzadə tərəfindən idarə olunmasıdır və Xaşuqci hadisəsi də bunlardan biridir”, Cənubi Karolinadan olan senator Lindsey Qraham deyib.

Çərşənbə axşamı respublikaçıların nəzarət etdiyi palata Vaşinqton və uzun müddətdir müttəfiqi Ər-Riyad arasında əməkdaşlığın pozulmağını iddia edən Tramp administrasiyasına qarşı çıxaraq, debatların keçirilməsi üçün səs çoxluğu əldə edib.

Tramp Washington Post yazarı Camal Xaşuqcinin ölümünə görə kimin məsuliyyət daşıdığı açıq bir sual olaraq qaldığını və rəsmi Ər-Riyadın Məhəmməd Bin Salmanın bu qətllə əlaqəsi olmadığını dəfələrlə bildirdiyini qeyd edib.

Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Cim Mattisin cümə axşamı Xaşuqci və Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi müharibəsi ilə bağlı Nümayəndələr Palatasında çıxışı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG