ABŞ senatoru Rand Pol bazar günü kronavirusa yoluxduğunu bildirib. O bu xəstliyə yoluxan ilk ABŞ senatorudur.
Senator bildirir ki, xəstəliyin heç bir simptomlarını hiss etməyib. Eləcə də virusun daşıyıcısı olan şəxslərlə təmasda olmadığını bildirərək, "səyahət və tədbirlərədə iştirak edərkən çox diqqətli olunmasını tövsiyə edib".
Digər tərəfdən isə senator Mitt Romninin son günlər uzun müddət Polun yanında oturduğu üçün karantinə alınması məsləhət görülüb. Xəstəliyin simptomlarını hiss etməsə belə o, testdən keçiriləcəyini bildirib.
Digər senator Mayk Li də Rand Pol ilə sıx təmasda olduğu üçün özünü karantinə alacağını bildirsə də, testdən keçməyəcəyini deyib.
Qeyd edək ki, bundan əvvəl Nümayəndələr Palatasından iki millət vəkili Mario Diaz-Balert və Ben Makadams koronavirusa yoluxmuş ilk konqres üzvləri idi.
Hazırda tənqidçilər ABŞ-da bir çox amerikalının COVID-19 üçün sınaqdan keçə bilmədiyi halda senetor Rand Polun heç bir simptom hiss etmədiyi, eləcə də virus daşıyıcısı ilə təmasda olmadığı halda necə tesdən keçdiyini sual edir.
Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) isə ABŞ-da test imkanlarının artırılacağını bildirb.