Accessibility links

Çak Şumer məsrəf planına "yeni ildən əvvəl" səs verməyə çağırıb


Əsas Demokratların qanun layihəsini dəstəkləməyəcəyini bildirməsindən sonra ABŞ Senatının əksəriyyət lideri Çak Şumer bazar ertəsi qanunvericiləri prezident Co Baydenin sosial təhlükəsizlik şəbəkəsi üçün nəzərdə tutduğu məsrəf planına "yeni ildən əvvəl" səs verməyə çağırıb.

Demokrat həmkarlarına yazdığı məktubda Şumer senator Co Mançinin təxminən 2 trilyon dollarlıq paketə qarşı çıxmasının Demokrat liderlərin dekabrın 25-də, Milad bayramından əvvəl qanunvericiliyin təsdiqlənməsinə dair ümidlərini puç etdiyini və öz kokusunun üzvləri arasında məyusluq yaratdığını qeyd edib.

"Lakin nə bu gecikmə, nə də digər son bəyanatlar bizi irəliyə doğru getməyə davam etməkdən çəkindirə bilməz. Biz sadəcə təslim ola bilmərik. İşləyən ailələrə yardım etmək üçün mübarizə aparmalıyıq və bunu davam etdirəcəyik" - deyə, Şumer bildirib.

Nümayəndələr Palatası artıq qanun layihəsinin versiyasını təsdiqləyib. Şumer deyib ki, Senat həmin qanunvericiliyin “yenidən işlənmiş variantı”na səs verəcək və “biz nəsə edilənə qədər ona səs verməyə davam edəcəyik”.

Senator Co Mançin
Senator Co Mançin

Şumerin məktubu keçən həftə Baydenlə qanunvericiliyi uzun-uzadı müzakirə edən Mançinin Fox News kanalının “Fox News Sunday” verilişində “Mən evə gedib bunu Qərbi Virciniya xalqına izah edə bilməyəcəyəmsə, buna səs verə bilmərəm. Mən bu qanun layihəsinin davam etməsi üçün səs verə bilmərəm” deməsindən bir gün sonra açıqlanıb.

Mançin paketin ölçüsü və əhatə dairəsi ilə bağlı narahatlığını ifadə edib. Onun səsi siyasi olaraq bölünmüş Senatdakı Demokratlar üçün vacibdir. Belə ki, onlar Baydenin qanunvericilik gündəliyinin əsas elementlərindən birini həyata keçirməyə çalışır.

Yaşlı amerikalılar üçün səhiyyə xidmətinin genişləndirilməsi, uşaq bağçalarında universal siniflərin təşkili, iqlim dəyişikliyi ilə mübarizə və aztəminatlı amerikalılar üçün daha çox maliyyə dəstəyi planını 100 üzvlü Nümayəndələr Palatasında yer alan 50 Respublikaçıdan heç biri dəstəkləmir.

Demokratlar vitse-prezident Kamala Harrisin bərabərliyi pozan səsi ilə qanun layihəsini Milad bayramından əvvəl 51-50 səslə irəli sürməyə ümid edirdi,

Ağ Ev bildirib ki, Mançin keçən həftə qanunvericiliklə bağlı kompromis təklif edib və “yaxın günlərdə danışıqları davam etdirəcəyini və ortaq bir razılıq əldə edilməsi üçün bizimlə işləyəcəyini vəd edib”.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG