Accessibility links

ABŞ Senatı Honq Konqda insan haqlarını dəstəkləyən qanun qəbul etdi


ABŞ Senatı Çinin yarı-muxtar Honq Konq şəhərindəki iğtişaşlardan sonra insan haqlarını dəstəkləyən qanun layihəsi qəbul edib.

Honq Konqda İnsan Haqları və Demokratiya Qanunu, çərşənbə axşamı səsvermə vasitəsi ilə qəbul olunub. Qanun artıq oxşar qanun qəbul etmiş Ağ Evə göndərilib.

Qanuna əsəsən insan haqları pozuntularını həyata keçirən Çin və Honq Konq rəsmilərinə qarşı sanksiyalar tətbiq ediləcək. Həmçinin Vaşinqtonun Honq Konqa tətbiq etdiyi əlverşli ticarət anlaşmasını da nəzərdən keçirilməsini tələb edir.

Florida ştatından respublikaçı senator Marko Rubio qanun layihəsini təqdim edərkən Çin hökumətinin təzyiqləri qarşısında fundamental azadlıqları üçün etiraz edən Honq Konq xalqına dəstək mesajı göndərəcəyini də bildirib.

Çin höküməti cavab olaraq əks-tədbirlər görəcəyini bildirdəsə də, bunların nədən ibarət olacağı məlum deyil.

XS
SM
MD
LG