Accessibility links

Demokratların Senatda nəzarəti əlinə alması ilə ABŞ birlik hökumətinə qayıtmış olur


Demokratların Senatda nəzarəti əlinə alması ilə ABŞ birlik hökumətinə qayıtmış olur
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Bu həftə Co Baydenin 46-cı prezident olması və Demokratların ABŞ Senatında nəzarəti əlinə alması ilə ABŞ birlik hökumətə qayıtmış olur.

ABŞ prezidenti Co Bayden vəzifəyə başladığı dövrdə əhəmiyyətli problemlərlə qarşılaşır. Bunlardan biri 400 mindən çox amerikalının ölümünə səbəb olan koronavirusla mübarizədir.

Lakin vitse-prezident Kəmalə Harris və üç yeni senatorla Demokratlar ABŞ Senatına nəzarəti ələ keçirmiş olurlar. Çak Şumer isə Senatın çoxluq lideri olur. “Bu Senat hazırkı təhlükələri, yüz ildə bir baş verən səhiyyə və iqtisadi böhranı həll edəcək. Eləcə də nəsillərdir davam edən irqi ədalət, iqtisadi ədalət, fürsət bərabərliyi və qanun qarşısında bərabərlik uğrunda mübarizədə irəliləməyə çalışacağıq.”

Demokratlar üçün iddialı bir gündəmdir. Lakin həm Ağ Evə, həm də Konqresin hər iki palatasına nəzarət onların qarşısındakı yolu açır. Corc Vaşinqton Universitetindən Keysi Burqat “Prezidentin eyni partiyadan olduğunu bildikləri üçün, veto təhlükəsi və ya vetonu aradan qaldırmaq üçün Konqresin daha böyük bir hissəsinin səsini qazanmağa çalışmalı olmadıqlarını və bunun əvəzinə Konqresdən çıxan hər hansı bir qanun layihəsinin prezident tərəfindən imzalanacağını da bilirlər."

Lakin Demokratlar Konqresin hər iki palatasında çox az fərqlə üstünlüyə sahibdirlər. Respublikaçılar yenə də Senatdan keçməsi üçün 60 səsin tələb olunduğu bəzi qanun layihələrini blok edə bilər.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Demokratların yalnız bir neçə səsini itirə bilər və o, Respublikaçı qanunvericilərlə işləmək yollarının ola biləcəyini deyir. "Hər iki partiyanın ortaq məxrəcə gəlmək üçün birlikdə işləmək kimi məsuliyyəti var."

İlk növbədə ölkənin çətin vəziyyətindəki iqtisadiyyatı üçün yeni bir koronavirus yardım paketi üzərində səsvermə olacaq. Bundan əlavə Demokratların çoxluq təşkil etdiyi yeni Senat dinləmələrin keçirilməsini gözləyən Baydenin kabinetinə namizədlərini təsdiqləmək üçün də sürətlə hərəkət edəcək.

Hökumətin hər iki qoluna nəzarət ölkənin hökuməti qanunverici qoluna cavabdeh tutmağa daha çox imkan verir. Konqresdəki çoxluğu təşkil etmələrinə baxmayaraq, Demokratlar keçmiş prezident Donald Trampın bir daha federal vəzifəyə namizədliyini irəli sürməsinin qarşısını almaq üçün onu təqsirli bilmək üçün 17 Respublikaçını inandırmaq məcburiyyətində qalacaqlar.

XS
SM
MD
LG