Accessibility links

ABŞ senatorları ölkənin borc limitini uzatmağa razılaşıb


ABŞ Senatı cümə axşamı 50-48 səs fərqi ilə ölkənin tarixdə ilk dəfə borclarının dənilməsinə dair öhdəəliyini yerinə yetirə bilməsəsinin qarşısını almaq məqsədilə üçün hökumətin borc almaq səlahiyyətini dekbar ayının əvvəlinədək uzatmaq üçün razılıq əldə edib.

Senatyın çoxluq lideri Çak Şumer Respublikaçı lideri Mitç Makkonnel ilə birlikdə danışıqlardan sonra Senatda razılığa gəldiklərini elan edib. O, çərşənbə günü Demokratlara ölkənin uzun-müddətli 28.4 trilyon dollarlıq borcunu dekabr ayınadək hökumətin xərclərini qarşılmaq üçün 280 milyard dollar artırmağı təklif edib. Dekabr ayında məsələ yenindən müzakirə olunmalıdır.

İndi qanun layihəsi səsə qoyulmaq üçün Nümayəndələr Palatasına göndərilib. Orada səsvermədən keçəndən sonra, imzalanması üçün prezidentə göndəriləcək.

Son günlərdə Konqresdə borc limitinin artırılması ilə bağlı mübahisələr intensivləşmişdi. Oktyabrın 18- yaxınlaşdığı bir vaxt Maliyyə naziri Canet Yellen deyir ki, hökumətin bütün xərclərini ödəmək üçün kifayət qədər pulu qalmayacaq, çünki xroniki olaraq hökumətin topladığı verdigən çox xərcləri olur.

Respublikaçılar Demokratlara borc limitini artırmağa yardım etmək üçün səs verməyəcəklərini demişdirlər, çünki onlar Prezident Co Baydenin hökumətin sosial təminat proqramlarını genişləndirmək üçün xərcləri 2 trilyon dollar artırmaq çağırışlarına qarşı çıxdıqlarını ifadə etmək istəyirdirlər. Demokratlar deyir ki, yeni xərcləri korporasoyalar və zəngin insanlara tətbiq olunacaq daha yüksək vergilər qarşılayacaq, lakin Respublikaçıların bunun da əleyhinədirlər.

Defolt milyonlarla iş yerini riskə atır

Senator Berni Sanders çərşənbə günü MakKonnellin borc limiti ilə bağlı yaranan çıxılmaz vəziyyəti aradan qaldırma üçün atdığı addımı alqışlayıb.

Respublikaçılar “nəhayət doğru şeyi etdilər və ən azından indi bizim daimi bir həll yolu tampaq üçün bir neçə ayımız var,” Sanders deyib.

MakKonnel deyib ki, Senata nəzarət edən Demokratlar borc limiti məsələsinin həlli üçün barışıq prosesinə əl atmalıdırlar.

Parlamentar barışıq prosesi büdcə ilə əlaqədar bəzi qanun layihələrinin Senatda 60 əvəzinə 51 səslə qəbul olunmasına imkan verir. Bu proseslə Demokratıların Respublikaçıların səsinə ehtiyacı qalmayacaq.

Bayden deyib ki, borc limitini artırmaq “köhnə borclarımızı ödəməyimizə” imkan verir və onun administrasiyasının infrastruktur və sosial proqramlar üçün xərclərin artırmaqla bağlı təklifi ilə əlaqəsi yoxdur.

XS
SM
MD
LG