Accessibility links

ABŞ senatorları pandemiya zamanı İnsan Hüquqları pozuntularına qarşı mübarizə üçün qanunvericilik hazırlayır


Mayın 8-də bir neçə ABŞ senatoru pandemiya zamanı İnsan Hüquqlarının Qorunmas Aktı-nı tanıdacaqlarını açıqlayıb. Qanunverciliyə əsasən ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyi (USAID) diplomatiya və inkişaf yardımı yolu ilə koronavirusla mübarizə adı altında insan hüquqlarının pozulmasının qarşırını almaq məqsədi ilə addımlar atacaq.

Senatorlar bildirir ki, İnsan Haqlarının Pandemiya Zamanı qorunması Aktı koronavirusla mübarizə zamanı həm ABŞ-da, həm də beynəlxalq səviyyədə insan hüquqlarının qorunmasını təşviq etməlidir.

İctimai səhiyyə ilə əlaqəli fövqəladə hallar zamanı hökümətlər insanların hərəkətini məhdudlaşdırmaq, müəssisələri bağlamaq və ictimai yerlərə girişi məhdudlaşdırmaq kimi addımlar ataraq xəstəliklərin yayılmasını dayandırmaq üçün fövqəladə tədbirlər həyata keçirməli ola bilər.

Lakin beynəlxalq qanunlara əsasən, ölkələr hətta milli fövqəladə hallar zamanı belə insan hüquqları ilə bağlı öhdəliklərinə hörmətlə yanaşmağa davam etməlidirlər.

COVİD-19-la əlaqədar olaraq bir çox ölkədə hökumətlər elmi və ya ictimai sağlamlıqla bağlı əsas belə gətirmədən vətəndaşlarının hüquqlarını məhdudlaşdıran addımlar atırlar.

ABŞ Sentının Xarici Əlaqələr Komitəsinin Şərqi Asiya üzrə Alt Komitəsindən senator Edvard Marki bildirir ki,"Budapeştdən Manilaya, Pekindən Moskvaya - bütün dünyada aydındır ki, bəzi liderlər koronavirusu hakimiyyəti gücləndirmək, tənqidi səsləri boğmaq, nəzarət texanlogiyasını gücləndirmək və hesabat vermədən kütləvi nəzarət tədbirlərini artırmaq üçün bir fürsət olaraq görürür".

O həmçinin əlavə edib ki, "bu qanunvericiliklə, hesabat tələbləri, proqramlaşdırma icazəsi və strateji planlaşdırma tələbi ilə Birləşmiş Ştatların bu çətin zamanda belə dünyada insan hüquqlarını dəstəkləyən aparıcı səs rolunu oynayacağına, eləcə də heç kimin unudulmadığına əmin etməkdir".

"Birləşmiş Ştatlar bu yolla əmin olmalıdır ki, koronavirus pandemiyası hökumətlərin insan hüquqlarını pozması üçün və ya avtoritar liderlərin öz hakimiyyətlərini möhkəmləndirməsi üçün bir bəhanə olmamamlıdır" - deyə, senator Mak Makovern bildirib.

Digər tərəfdən senator Tom Malinovski bildirb ki "diktaturalar bu pandemiyadan istifadə edərək gələcək pandemiyalarla mübarizə aparmaq üçün çox vacib olan ifadə və məlumat azadlığı, müstəqil jurnalistikaya hücum edir".

O həmçinin əlavə edib ki, “qanun layihəsi bu böhrandan istifadə edərək fikir ayrılıqlarını boğmağa çalışan hər kəsin - dost və ya düşmənə fərq qoymadan cavabdeh olduğunu təmin edəcəkdir".

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG