Accessibility links

ABŞ senatorları Səudiyyənin qəzəbli reaksiyasına əhəmiyyət vermir


İstanbulda üzərində Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın "qatil" və jurnalist Camal Xaşuqlicinin "şəhid" kimi təsvir edildiyi poster nümayiş etdirir, 16 noyabr, 2018.
İstanbulda üzərində Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın "qatil" və jurnalist Camal Xaşuqlicinin "şəhid" kimi təsvir edildiyi poster nümayiş etdirir, 16 noyabr, 2018.

ABŞ senatorları Səudiyyə Ərəbistanının səudiyyəli dissident jurnalist Xaşuqcinin qətli və Yəməndə müharibə ilə bağlı Senatda qəbul edilmiş qətnamələrinə qəzəbli reaksiyasına əhəmiyyət verməyib.

Bu həftənin əvvəli Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi qətnamələri tənqid edərək, bunun “krallığın regional və beynəlxalq rolunu sarsıtdığını” və “sübutsuz iddialar və ittihamlara əsaslandığını” bildirib.

Konnektikut ştatından demokrat senator Riçard Blumental Amerikanın Səsinə müsahibəsində bildirib ki, o, Səudiyyə Ərəbistanının sözləri deyil, əməllərinə diqqət verir.

ABŞ senatoru Riçard Blumental
ABŞ senatoru Riçard Blumental

“Mənim üçün Səudiyyə Ərəbistanının Yəmənlə bağlı dəhşətli və qəddar siyasətini dəyişməsi və orada günahsız vətəndaşların və uşaqların qətlinə son qoyması mühümdür” – deyə, o bildirib.

Alabama ştatından respublikaçı senator Riçard Şelbi isə deyib ki, Senat ABŞ-da yaşayan jurnalist Camal Xaşuqcinin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlindən sonra susa bilməzdi.

ABŞ senatoru Riçard Şelbi
ABŞ senatoru Riçard Şelbi

“Bu, qüsurlu bir davranış idi. Bu, bizim bir vəhdətdə birgə mövqedən danışdığımız bir məsələdir. Səudiyyəlilər yaxşı müttəfiq idilər, lakin bəzən belə işlərə başqa nəzərlə baxmaq mümkün deyil” – deyə, o bildirib.

ABŞ Senatı keçən həftə Birləşmiş Ştatların Səudiyyə Ərəbistanının başçılığı ilə Yəməndə vətəndaş müharibəsində hərbi əməliyyatlarına dəstəyə son qoyulmasına səs verib və səudiyyəli jurnalistin ölümünə görə vəliəhd şahzadə Məhəmməd bin Salmanın məsuliyyət daşığıdığını tanıyan qətnamə qəbul edib.

Səudiyyə Ərəbistanı “daxili işlərə hər hansı müdaxiləni rədd etdiyini” və Yəməndə siyasi həllin tapılması üzərində işlədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG