Accessibility links

ABŞ senatorları Xaşuqci məsələsinə görə Ağ Evi tənqid edir


Camal Xaşuqci

ABŞ-ın hər iki partiyasından senatorlar Tramp administrasiyasının jurnalist Camal Xaşuqcinin ötən oktyabr Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda qətlə yetirilməsinə cavabını tənqid edib.

Qanunvericilər administrasiyanı istintaq aparıb, səudiyyəli dissident müxbirin ölümünə görə məsuliyyət daşıyanları müəyyən etməyi tələb edən qanunu pozmaqda ittiham edir.

Xaşuqci sonuncu dəfə Türkiyədə Səudiyyə konsulluğuna daxil olarkən görülüb. Prezident Tramp onun qətli ilə bağlı təhqiqatın aparılacağına söz vermişdi.

“O, Washington Post-un müxbiridir, bu cür hadisəinin baş verməsinə icazə verilməməlidir. Bu cür şeylər baş verməməlidir. Biz bunu araşdıracağıq”, Tramp bildirmişdi.

Qlobal Maqnitski Aktına əsasən, Ağ Ev 120 gün ərzində jurnalistin ölümünə görə məsuliyyət daşıyanları tapmalı idi, lakin son möhlət tarixi ötən ay başa çatıb.

Bəzi məlumatlara görə, Mərkəzi Kəşfiyyat Agentliyi Səudiyyə krallığı ilə bağlı tənqidi yazılar yazan Washington Post qəzetinin müxbiri Xaşuqcinin qətlinə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın göstəriş verdiyinə dair nəticəyə gəlib.

Tramp Xaşuqcinin ölümünə görə kimin məsuliyyət daşıdığının bəlli olmadığını deyib. O həmçinin vəliəhd şahzadənin bu qətldə əli olduğunu inkar etməsini də dəstəkləyib.

XS
SM
MD
LG