Accessibility links

ABŞ senatoru Facebook-un federal tənzimləyicilər tərəfindən araşdırılmasına çağırıb


Facebook şirkəti çərşənbə axşamı ABŞ Konqersində yenidən tənqidlərə məruz qalıb. Demokrat senator Riçard Blumental federal tənzimləyiciləri şirkətin mənfəət xatirinə atdığı addımlarla əlaqədar səsləndirilmiş iddiaları araşdırmağa çağırıb.

Senatın Ticarət alt komitəsininin açıqlamasında senator Blumental bildirib ki, Facebook siqaret kimi məhuslların asılılıq yaratdığını bilirmiş. "Texnologiya şirkəti indi tütün sənayesində heyrətləndirici həqiqətlə üzləşir" - deyə, o bildirib.

O, şirkətin rəhbəri Mark Zukerberqin komitə qarşısında ifadə verməzdən əvvəl Qiymətli Kağızlar və Birja Komissiyası, eləcə də Federal Ticarət Komissiyası tərəfindən Facebook haqqında təhqiqat başladılmasını istəyib.

"Burada qurban olanlar bizim uşaqlarımızdır. Bu gün güzgüyə baxan gənclər şübhə və etibarsızlıq hiss edirlər. Mark Zukerberq güzgüdə özünə baxmalıdır" - deyə, Blumenthal bildirib.

ABŞ Kapitolisində hər iki partiyanın bir araya gələ bilməsinin nadir olduğu bir dövrdə hər iki tərəfdə olan qanunvericilər Facebook-un böyük dəyişikliklərə ehtiyacı olduğunda razılaşıb.

Senatın alt komitəsindəki respublikaçı senator Marşa Blakbörn Facebook-un 13 yaşından kiçik uşaqlar tərəfindən istifadəsinə göz yumduğunu bildirir. "Aydındır ki, Facebook qazancını uşaqların və bütün istifadəçilərin rifahından üstün tutur" - deyə, o əlavə edib.

Lakin Facebook sözçüsü Kevin Makalister dinləmədən əvvəl göndərdiyi emaildə şirkətin öz icmasını qorumağı qazanc əldə etməkdən daha vacib hesab etdiyini və sızan daxili araşdırmalara əsasən Instagram-ın gənc qızlar üçün "toksik" olması ilə bağlı səsləndirilən fikirlərin doğru olmadığını bildirib.

Digər tərfədən isə Facebook-un keçmiş məhsul üzrə meneceri Frans Hauqen bildirir ki, şirkət öz alqoritmini gizli saxlayır.

"Məsələnin mahiyyəti odur ki, Facebook-un dağıdıcı seçimlərini heç kim Facebook-dan yaxşı başa düşə bilmir, çünki yalnız Facebook özü öz kodlarına baxa bilər".

Məhz Hauqen Senata və Wall Street Journal qəzetinə Instagram-ın gənc qızlara zərər verməsi ilə bağlı sənədləri göndərib.

O həmçinin Wall Street Journal-a verdiyi müsahibədə Facebook-un şiddət planlaşdıran insanlar tərəfindən istifadə edilməsinin qarşısını almaq üçün çox az iş gördüyünü bildirib.

Facebook Myanmada kütləvi qətllər və 2020-ci il ABŞ seçkilərinə kölgə salmağa çalışan o zamankı prezident Donald Tramp tərəfdarlarının yanvarın 6-da ABŞ Kapitolisinə hücumu planlaşdıran qruplar tərəfindən geniş istifadə edilib.

XS
SM
MD
LG