Accessibility links

ABŞ senatoru Marta Maksalli orduda xidmət etdiyi dövrdə zorlandığını açıqlayıb


26 il hərbi xidmətdə olan ilk qadın döyüş təyyarə pilotu və hazırda ABŞ senatoru olan Marta Maksalli çərşənbə günü keçirilən dinləmələrdə ABŞ hava qüvvələrində yüksək rütbəli zabit tərəfindən zorlandığını bildirib.

Maksalli Senatda keçirilən dinləmələrdə zorlandığı barədə açıqlamanı orduda seksual təcavüz halları və bunun qarşısının alınması səyləri barədə danışarkən açıqlama verib. O, bütün başqa qurbanlar kimi sistemə güvənmədiyindən, o zaman hadisə barədə məlumat vermədiyini bildirib.

“Mən uzun illər susmuşam. Amma orduda qalmaqaldan sonra mən insanların eyni təcavüzün qurbanı olduğumu bilməsini istədim. Məi təcrübəmi bölüşmə cəhdimin necə nəzərə alınacağı qorxudurdu. 18 yaşımda ümidsiz olduğum üçün mən az qala Hava Qüvvələrindən qovulacaq idim. Bir çox qurbanlar kimi mən də bu sistemin yenidən məni zorladığını hesab edirdim” - deyə, Arizona ştatından respublikaçı senator Marta Maksalli bildirib.

Maksalli deyib ki, bu təcrübə onun seksual təcavüz qurbanlarını müdafiə etməsi üçün qətiyyətini gücləndirib.

Yeni senator deyib ki, bu problemlərə görə məsuliyyət daşıyan yüksək rütbəli hərbi rəsmilər məsuliyyətdən boyun qaçırmamalıdırlar. Əksinə, onların üzərinə məsələnin həllində iştirak etmək öhdəliyi qoyulmalıdır.

ABŞ ordusu digər xidmət üzvlərini seksual zorakılıqlda ittiham edən insanlara qarşı sərt reaksiya vermək də daxil olmaqla, seksual təcavüz halları barədə məlumatlara münasibət bildirmə tərzinə görə tənqid edilir.

Ötən il Pentaqon 2017-ci büdcə ili üçün 6769 seksual təcavüz halı barədə məlumat qəbul edib. Bu, 2016-cı maliyyə ili ilə müqayisədə 9.7 faiz çoxdur.

XS
SM
MD
LG