Accessibility links

ABŞ hökuməti Somalidən gəlmiş qaçqınların sığınacaq statusunu nəzərdən keçirir


ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cümə axşamı Birləşmiş Ştatlarda sığınacaq axtaran 500 somaliliyə müvəqqəti hüquqi qorunma imkanlarının artırılacağına dair qərar verəcək.

Təsirə məruz qalanların əksəriyyəti Minnesotada yaşayır. Bura Amerikanın ən böyük Somali icmasına ev sahibliyi edir.

Statusun verilməməsi ailələrin parçalanmasına və böhrana yol aça bilər.

ABŞ-ın 22 senatoru Daxili Təhlükəsizlik naziri Kirstyen Nielsenə Somalidə qarşıdurma və şiddətdən qaçarkən ABŞ-dan sığınacaq istəyən Somali vətəndaşları üçün müvəqqəti qorunma statusunun (TPS) uzadılması ilə bağlı məktub göndəriblər.

Səylərə başçılıq edən Minnesota ştatının senatoru Tina Smit, Amerikanın Səsinin Somali şöbəsinə Somalidə hələ də təhlükənin mövcud olduğunu və müvəqqəti qorunma statusunun ləğv olunduğu təqdirdə somalililərin vətənlərinə qayıtmağa məcbur olacaqlıarını və yaxud başqa bir ölkəyə sığınmağa çalışacaqlarını bildirib. Belə bir sonuc ailələrin parçalanmasına və böhrana yol aça bilər.

Hal-hazırda onların statusu 17 sentyabr 2018-ci ilədək başa çatacaq.

XS
SM
MD
LG