Accessibility links

ABŞ Sudanda hakimiyyətin bölüşdürülməsini alqışlayıb


Xartum
Xartum

Birləşmiş Ştatlar şənbə günü Sudanın hakim hərbi şurası və müxalifət ilə etirazçı qruplardan ibarət koalisiyanın növbəti üç il ərzində hakimiyyəti bölüşmək üçün əldə etdiyi müvəqqəti razılığı alqışlayaraq “müsbət addım”adlandırıb.

ABŞ dövlət departamenti bəyanat yayaraq, bildirib ki, Sudan üzrə xüsusi nümayəndəsi Donald But yaxında regiona geri dönəcək. Afrika İttifaqı və Efiopiya İttifaqının cümə günü açıqladığı razılıq bazar ertəsi yekunlaşacaq.

“Azadlıq və Dəyişiklik Qüvvələri ilə Keçid Hərbi Şura arasında suveren şuranın təsisi üzərində əldə olunan razılıq müsbət addımdır”, Dövlət Departamenti bildirib. “Biz dərhal internətə çıxışın bərpa olunmasını, yeni parlamentin yaradılmasını və dinc nümayişlərin zorakı şəkildə yatırılmasına görə cavabdeh olanların məsuliyyətə cəlb olunmasını, habelə azad və ədalətli seçkilərə doğru irəliləyişin olmasını gözəliyirik”.

Razılıq daxili münaqişələrə və aprel ayında Ömər Əl-Bəşirin devrilməsinə gətirib çıxaran illərdir davam edən iqtisadi böhrana qərq olunan ölkədə hakimiyyətin dinc keçidinə dair ümidləri canlandırıb.

Bəşirdən sonra hakimiyyəti ələ keçirən hərbi şura ilə Azadlıq və Dəyişiklik Qüvvələri ittifaqı arasında əlaqələr təhlükəsizlik şurasının iyunun 3-də baş verən etirazı dağıdarkən onlarla insanı öldürməsindən sonra pisləşib. Lakin bazar günü orduya qarşı nəhəng etirazlardan sonra afrikalı vasitəçilər birbaşa danışıqların bərpasına nail olub.

XS
SM
MD
LG