Accessibility links

ABŞ Suriya, Rusiya və İrana xəbərdarlıq edib


ABŞ Prezidenti Donald Tramp Suriya, İran və Rusiyanı Suriyada İdlib əyalətinə yüz minlərlə insanın öldürülməsinə səbəb ola biləcək "ehtiyatsız hücuma” dair xəbərdarlıq edib. Bazar ertəsi öz tvitində Tramp yazıb ki, “ruslar və iranlılar bu potensial insan faciəsinə iştirak etməklə ağır bir humanitar səhv edərdilər.”

Suriyanın İdlib vilayəti
Suriyanın İdlib vilayəti

Xəbərdarlıq hökumətpərəst qüvvələrin İdlib və ölkənin şimal-qərbində yerləşən ətraf ərazilərə, 3 milyon adamın sığındığı son üsyançı istehkama tam və qismən hücuma hazırlaşması xəbərindən sonra verilib. ABŞ kimyəvi silahların istənilən istifadəsinə cavab verməyə hazır olacağı barədə xəbərdarlıq edib.

İran xarici işlər naziri Cavad Zərif Dəməşqə gəlib.

Prezidentin tviti İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Dəməşqə səfəri əsnasına təsadüf edir. Sentyabrın 7-də Tehranda İran, Rusiya və Türkiyə dövlət başçılarının iştirakı ilə İdlib və Suriyanın gələcəkdə yenidən qurulması barədə görüşün keçirilməsi planlaşdırılır.

Texas ştatının San-Antonio şəhərindəki Triniti Universitetinin tarix üzrə professoru Deyvid Leç Amerikanın Səsinə bildirib ki, yazılan tvit Prezident Trampın bu cür hərəkətə razılıq verməyəcəyini göstərsə də, ABŞ-ın gözlənilən hücumu dayandırmaq üçün imkanları məhduddur.

Beynəlxalq Böhran Qrupu bazar ertəsi İdlibə hücumun qarşısının alına biləcəyinə inandığını bildirib və tərəfləri yenidən danışıqlar masasına dönməyə çağırıb.

XS
SM
MD
LG