Accessibility links

ABŞ Suriyada İranın dəstəklədiyi silahlı qruplara hava zərbəsi endirib


ABŞ prezidenti Co Bayden cümə axşamı ABŞ ordusuna Suriyanın şərqində, Pentaqonun dediiyinə görə, İranın dəstəklədiyi silahlı qurplaşmalara məxsus obyektlərə hava zərbəsi endirmək təlimatı verib. Təlimat ABŞ-ın İraqdakı hərbi obyektlərinə yönəlmiş raket zərbələrindən sonra verilib.

Hava zərəbələrinin əhatə dairəsinin kiçik olduğu, potensial olaraq eskalasiya riskini aşağı salmaq məqsədi daşıdığı xəbər verilir.

Baydenin, ən azından hələlik, təkcə Suriyada zərbə endirmək qərarı İraq hökümətinə 15 fevral tarixində amerikalının ölümü ilə nəticələnmiş hücumu araşdırarkən rahat hərəkət etməyə imkan yaradır.

"Prezident (Co) Baydenin göstərişi ilə ABŞ hərbi qüvvələri bu axşam Suriyanın şərqindəki İranın dəstəklədiyi militant qrupların istifadə etdiyi infrastruktura qarşı hava hücumları həyata keçirib" deyə Pentaqonun sözçüsü Con Kirbi yaydığı açıqlamada bildirib.

"Prezident Bayden Amerika və koalisiya qüvvələrinin heyətini qorumaq üçün addımlar atacaq. Eyni zamanda biz həm Suriyanın şərqində həm də İraqda ümumi vəziyyəti sakitləşdirmək məqsədi ilə düşünülmüş addımlar atırıq" deyə Kirbi bildirib.

O həmçinin əlavə edib ki, hava zərbələri nəticəsində sərhəd zonasında, Xətaib Hizbullah və Xətaib Seyyid əl-Şuhada da daxil olmaqla, İranın dəstəklədiyi bir sıra militant qrupların istifadə etdiyi obyektlər dağıdılıb.

Adını açıqlamayan bir ABŞ rəsmisinin verdiyi məlumata görə, haza zərbələri endirmək qərarı ABŞ-ın militantları cəzalandırmaq istəsə də, vəziyyətin daha böyük qarşıdurmaya çevrilməsini istəmədiyi mesajını çatdırmaq məqsədi daşıyırdı.

Zərbələr nəticəsində hansı infrasturkturun dağıdıldığı və itkilərin olub-olmadığı barədə məlumat verilmir.

Fevralın 15-də ABŞ hərbi qüvvələrinin yerləşdiyi Ərbil Beynəlxalq Hava Limanına edilən raket hücümü nəticəsində bir amerikalı olmayan podryatçı ölmüş, bir neçə amerikalı podryatçı isə yaralanmışdı.

Digər tərəfdən Bağdadın şimalında yerləşən ABŞ hərbi qüvvələrinin bazasına edilən hücm zamanı da ən azı bir kontraktor həyatını itirmişdi.

Bu həftənin bazar ertəsi isə Bağdadın şimalındakı ABŞ səfirliyi və digər diplomatik nümayəndəliklərinin yerləşdiyi yaşıl zonaya da hücumlar baş verib.

İranın dəstəklədiyi Xətaib Hizbullah raket hücumlarında rolunu inkar etsə də, bəzi Qərb və İraq rəsmiləri həyata keçiriliən daha kiçik çaplı hücumların Xətaib Hizbullahla əlaqəsi olan militantlar tərəfindən həyata keçirildiyini bildirir.

XS
SM
MD
LG