Accessibility links

ABŞ Suriyada neft yataqlarını qorumaq üçün qüvvə göndərəcək


Əl-Cbessa neft yatağının görüntüsü. Əl-Hasaka vilayəti, Suriya. 1 aprel, 2010.
Əl-Cbessa neft yatağının görüntüsü. Əl-Hasaka vilayəti, Suriya. 1 aprel, 2010.

ABŞ hərbi planlaşdırıcıları Prezident Donald Trampın çağırışına cavab verərək Suriyadakı neft yartaqlarını İŞİD və başqa regional rəqiblərin əlinə düşməkdən qorumaq üçün regiona əlavə hərbi qüvvə göndərməyi planlaşdırırlar.

Müdafiə rəsmisi bildirib ki, ABŞ qüvvələri əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri ilə koordinasiyalı şəkildə ərazidə əlavə hərbi vəsaitlər yerləşdirəcək.

Biz İŞİD-ən maliyyə mənbəyi əldə etməsinin qarşısını almalıyıq.

“İŞİD-ə qarşı mübarizədə ABŞ və onun tərəfdaşlarının əldə etdiyi ən böyük nailiyyətlərdən biri Suriyanın şərqindəki neft yataqlarına nəzarəti ələ keçirmək olub,” o bildirib. “Biz İŞİD-ən maliyyə mənbəyi əldə etməsinin qarşısını almalıyıq.”

ABŞ-ın Suriyaya əlavə qüvvə göndərməsi haqda xəbərlər Prezident Donald Trampın Twitterdə yaydğı və neft yataqlarının xüsusilə vurğulandığı bəyanatdan bir neçə saat sonraya təsadüf edir.

“Biz heç zaman yenidən bərqərar olmuş İŞİD-in bu yataqlara sahib olmasına imkan verməyəcəyik,” Tramp bildirib və daha sonra əlavə edib. “Yəqin kürdlərin Neft Regionuna üz tutmasının vaxtı çatıb!”

Suriyaya əlavə hərbi vəsait və qoşun göndərilməsi məramı Pentaqonun Suriyadan 1000 ABŞ əsgərini çıxardığı vaxta təsadüf edir.

Prezident Trampın Suriyanın şimalında yerləşdirilmiş ABŞ əsgərlərini ərazidən çıxarması barədə qərarından sonra Türkiyə qüvvələri həmin ərazidə əməliyyatlara başlayıblar.

Tramp ABŞ əsgərlərini Suriyadan çıxarmağa bu yaxınlarda göstəriş verib.
Tramp ABŞ əsgərlərini Suriyadan çıxarmağa bu yaxınlarda göstəriş verib.

Prezidentin bu addımı ABŞ daxilində və kürdlər tərəfindən sərt tənqidlərə məruz qalıb.

Çərşənbə günü Tramp ABŞ-ın Türkiyə ilə SDQ arasında atəşkəsə vasitəçilıik etdidkən sonra Suriyanı “tərk etdiyini” elan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG