Accessibility links

ABŞ türk nazirlərə sanksiya tətbiq edib


Birləşmiş Ştatlar Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq edib. Səbəb Ankaranın amerikalı keşişi azadlığa buraxmamasıdır.

50 yaşlı keşiş Endrü Branson 2016-cı ildən saxlanıb. ABŞ prezidenti Donald Tramp NATO müttəfiqi Türkiyəyə dəfələrlə xəbərdarlıq edib ki, “günahsız” keşiş buraxılmasa, Ankaraya sanksiya qoyacaq.

Sanksiyalar ədliyyə naziri Abdulhamit Gül və daxili işlər naziri Sülüyman Soyluya tətbiq olunub. Ağ Ev onları Endrü Bransonun həbsində “aparıcı rol”ları, “Türkiyədə ciddi insan haqları pozuntuları”nın icrasına görə ittiham edir.

Sanksiyalara görə, ABŞ-da Gül və Soyluya məxsus mülkiyyət dondurulur, ABŞ-da fərdlərin onlarla biznes qurması yasaqlanır.

Gül Twitter-də yazıb ki, “ABŞ-da, yaxud Türkiyədən kənar istənilən ölkədə bircə quruşu da yoxdur”.

Türkiyənin Xarici İşlər Nazirliyi isə Vaşinqtonu “ədliyyə sistemimizə hörmətsizliklə müdaxilə”də günahlandırıb, yubanmadan cavab tədbirləri görüləcəyini bildirib.

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Bransonu ABŞ-da yaşayan ilahiyyatçı Fətullag Gülənlə dəyişməyi təklif edir. Ərdoğan Güləni 2016-cı ilin çevriliş cəhdində ittiham edir.

Vaşinqtonsa bildirir ki, Gülənin ekstradisiyası üçün yetərincə dəlil yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG