Accessibility links

ABŞ diplomatı Türkiyədə saxta sənəd satarkən həbs edilib


İstanbul polisinin bildirdiyinə görə, ABŞ diplomatı Türkiyədə Suriya vətəndaşına saxta pasport satdığına görə keçən ay həbs edilib.

Rəsmilər çərşənbə günü adının baş hərfləri D.J.K. olan diplomatın İstanbul hava limanında pasportu şübhəli bir şəxsə verdiyini əks etdirən videonun olduğunu bildirib.

Polis Beyrutdakı ABŞ səfirliyində işləyən diplomatın üzərində 10 min dollarla noyabrın 11-də həbs edildiyini və hələ də həbsdə olduğunu bildirib. Türkiyənin dövlət Anadolu xəbər agentliyinin məlumatına görə, daha sonra o, saxta sənəd satmaqda şübhəli bilinməkdə ittiham olunub.

Xəbər agentliyi suriyalının D.J.K.-nin adına olan pasportdan istifadə edərək, Almaniyaya uçmağa cəhd edərkən saxlanıldığını və sorğu-sual edildiyi, saxta sənədlə bağlı təhqiqat aparılana qədər sərbəst buraxıldığını bildirib. ABŞ Dövlət Departamenti məsələ ilə bağlı şərh verməyib.

ABŞ-Türkiyə münasibətləri son illər, qismən də Ankaranın 2016-cı ildə baş verən çevriliş cəhdində günahlandırdığı şəbəkə ilə əlaqəli olmaqda ittiham etdiyi ABŞ diplomatlarını saxlamasından sonra gərginləşib.

XS
SM
MD
LG