Accessibility links

ABŞ Türkiyəni bir daha dəstəklədi


Bazar günü Türkiyədə çevriliş cəhdinin ikinci ildönümü qeyd olunub. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın hökumətini devirməyə cəhd edən bu çevriliş təxminən 250 insanın ölümünə səbəb olmuşdu. O vaxtdan Türkiyə fövqəladə vəziyyət altındadır. On minlərlə insan nəzarət altına alınıb, on minlərlə dövlət məmuru isə terroristlərlə əlaqədə şübhəli bilinərək işlərini itirib.

İki il öncə Türkiyədə baş vermiş çevriliş təxminən 250 insanın ölümünə səbəb olmuşdu.

Rəcəb Təyyib Ərdoğan çevriliş cəhdində müsəlman din xadimi Fəthullah Güləni günahlandırıb. ABŞ Türkiyədə demokratiyaya qarşı hücumu 'rəzillik' adlandıraraq, Türkiyədə demokratiya və demokratik təsisatlara dəstəyini ifadə edib.

Vaşinqtonun Yaxın Şərq İnstitutundan Ceyms Jeffri Türkiyəyə göndərilən sabiq Amerika diplomatıdır. O, Amerikanın Səsinə bildirib ki, ilk zamanlar şübhə doğursa da, indi Gülənin çevriliş cəhdinin arxasında olduğu məlumdur.

Türkiyəli din xadimi Fətullah Gülən
Türkiyəli din xadimi Fətullah Gülən

Ceyms Jeffri bildirib ki, bir sıra ciddi ikitərəfli məsələlərə baxmayaraq, Tramp administrasiyası Ankara ilə əlaqələri yaxşılaşdırmaq üçün çox səy göstərib. Şübhəsiz ki, ruhanilərin uğursuz çevrilişdə iştirak etməsinə baxmayaraq, Jeffri regiondakı 40 illik təcrübəsinə əsaslanaraq bildirib ki, Gülən şəbəkəsinin onsuz hər hansısa ciddi bir hərəkət edə biləcəyini təsəvvür etmək çətindir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG