Accessibility links

ABŞ Türkiyəni sanksiyaların tətbiqi ilə hədələyib-Endrü Branson azad edilməlidir!


ABŞ Türkiyəni amerikalı keşişin azad edilmədiyi təqdirdə, sanksiyaların tətbiqi ilə hədələyib.

"Əgər Türkiyə məsum din adamının azad edilməsinə dair lazımi addımlar atmasa və onu vətəni Ameikaya yola salmasa, ABŞ Türkiyəyə qarşı ciddi sanksiyalar irəli sürəcək" - deyə, vitse-prezident Mayk Pens bildirib.

O bunları bu gün Dövlət Departamentində keçirilən din azadlığı sammitində deyib.

Türkiyədə terrorizm və casusluq ittihamları ilə həbs edilmiş amerikalı keşiş dünən ev dustağı edilib.

ABŞ-ın Şimali Karolina ştatından olan Endrü Branson iki il həbsdə saxlanılıb.

Onun həbsi NATO üzrə müttəfiq olan ABŞ və Türkiyə arasında münasibətlərdə gərginliyin yaranmasına səbəb olub.

Məhkəmənin Bransonun həbsxanadan ev dustaqlığına buraxılması haqda qərarından bir qədər sonra Türkiyənin DHA və NTV tele-kanalları onun İzmir şəhərində müşayiət altında həbsxanadan çıxarıldığını göstərən video görüntülər yayımlayıb.

ABŞ dövlət katibi Mayk Pompeo Endrü Bransonun həbsxanadan çıxarılaraq ev dustağı kimi saxlanması haqda qərarı məmmunluq hissi ilə qarşıladığını, lakin bu addımın kifayət olmadığını bildirib.

“Biz pastor Bransonun Türkiyədə həbsxanadan ev dustaqlığına buraxılması haqda uzun zamandır gözlədiyimiz qərarı alqışlayırıq, lakin bu, yetərli deyil. Biz cənab Bransona qarşı kifayət qədər dəlil olduğunu görmürük və Türkiyə rəsimlərini onun işini şəffaf və ədalətli şəkildə həll etməyə çağırırıq”, Pompeo Twitter səhifəsindəki mesajında yazıb.

Branson ABŞ-da yaşayan və Türkiyənin 2016-ci il çevriliş cəhdində təqsirləndirdiyi din xadimi Fəthullah Güləni dəstəkləmək ittihamı ilə həbsdə saxlanılırdı. Gülən çevrilişdə əli olduğunu inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG