Accessibility links

ABŞ amerikalı rahibin həbsi ilə əlaqədar Türkiyənin iki nazirinə sanksiya tətbiq edib


Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə nazirii naziri Əbdülhəmid Gül
Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə nazirii naziri Əbdülhəmid Gül

Birləşmiş Ştatlar Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə nazirii naziri Əbdülhəmid Gülə qarşı amerikalı rahib Endrü Bransonun həbsi və həbsdə saxlanmasında rolu ilə əlaqədar sanksiya tətbiq edib.

Ağ Evin sözçüsü Sara Hakabi Sanders sanksiyaların tətbiqi ilə bağlı bu gün keçirilən brifinqdə bildirib.

“Biz rahib Bransonun səhv bir iş gördüyünə dair heç bir dəlil görməmişik və biz onun Türkiyə hökuməti tərəfindən ədalətsiz şəkildə saxlandığına inanırıq”, Sara Hakabi Sanders bildirib. O əlavə edib ki, sanksiyalar prezidenin göstərişi ilə tətbiq edilib.

Amerikalı keşiş Endrü Branson İzmir şəhərində həbsxanadan çıxarılaraq ev dustağı edilib, 25 iyul, 2018.
Amerikalı keşiş Endrü Branson İzmir şəhərində həbsxanadan çıxarılaraq ev dustağı edilib, 25 iyul, 2018.

Bundan bir az sonra isə ABŞ-ın Maliyyə Nazirliyi qərarla bağlı açıqlama yayıb. Açıqlamada amerikalı rahib Endrü Bransonun həbs edilməsi və saxlanması ilə əlaqə dar olaraq Türkiyənin nazirlərinə sanksiyaların tətbiq edildiyini bildirilir.

Maliyyə Nazirliyi daxili işlər naziri Süleyman Soylu və Ədalət iki naziri Əbdülhəmid Gülün Bransonun həbsində oynadıqları rolla əlaqədar sanksiyalar siyahısına salındığını bəyan edib.

Qərarla hər iki nazirin Birləşmiş Ştatlardakı hesabları dondurulur.

Maliyyə Nazirliyinin bəyanatında həmçinin hər iki nazirin Türkiyədə insan haqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıdıqları qeyd edilb.

Amerikalı keşiş Endrü Branson Türkiyədə 21 ay həbsdə saxlandıqdan sonra ev dustağı edilib. Branson 20 ildən çoxdur Türkiyədə işləyirdi. Ankara Bransonu 2016-ci il dövlət çevrilişi cəhdinin arxasında olmaqda və PKK-nı dəstəkləməkdə ittiham edir.

Branson bu ittihamları rədd edir. Günahkar tanınsa Branson 35 ilə qədər həbs cəzası ala bilər.

Bransonun işi ABŞ və Türkiyə arasında münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub.

XS
SM
MD
LG